Site uses cookies to provide basic functionality.

OK
ESTHER
1 2 3 4 5 6 7 8 9 10
Prev Up Next Toggle notes
Chapter 10
Esth Northern 10:1  Padşah Axaşveroş uzaq dəniz sahillərinə qədər padşahlığındakı ölkələrə xərac qoydu.
Esth Northern 10:2  Padşahın bütün güclü və qüdrətli işləri, eləcə də Mordokaya verdiyi yüksək rütbə haqqındakı qərar Midiya və Fars padşahlarının salnamələr kitabında yazılmışdır.
Esth Northern 10:3  Yəhudi Mordokay rütbə etibarı ilə yalnız padşah Axaşveroşdan aşağı idi. Yəhudilər arasında nüfuz sahibi olub onların əksəriyyətinin hörmətini qazanmışdı. O, xalqının xeyrinə işləyən və bütün millətinin əmin-amanlığını müdafiə edən adam idi.