Site uses cookies to provide basic functionality.

OK
AMOS
1 2 3 4 5 6 7 8 9
Prev Up Next
Chapter 4
Amos Northern 4:1  Ey sizlər, Samariya dağında bəslənən Başan inəkləri! Bu sözü dinləyin, ey yoxsullara zülm edən, Möhtacları sıxışdıran, ərlərinə “gətir içək” deyən qadınlar!
Amos Northern 4:2  Xudavənd Rəbb Öz müqəddəsliyi naminə belə and içmişdir. “Budur, üstünüzə elə vaxt gəlir ki, Hamınız balıq kimi çəngəllərlə çəkiləcəksiniz, Tilovlarla tutulacaqsınız.
Amos Northern 4:3  Hər biriniz qarşısındakı dəlmə-deşikdən çıxarılacaq, Harmona tərəf atılacaqsınız” Rəbb belə bəyan edir.
Amos Northern 4:4  “Bet-Elə gedib günah işlədin! Qilqala gəlib günahlarınızı çoxaldın! Hər səhər qurbanlarınızı gətirin, Hər üç gündən bir qazancınızın onda birini verin.
Amos Northern 4:5  Təşəkkür üçün mayalı çörək yandırıb təqdim edin, Öz könüllü təqdimlərinizlə öyünün. Ey İsraillilər, sizin xoşunuza gələn budur!” Xudavənd Rəbb belə bəyan edir.
Amos Northern 4:6  “Mən bütün şəhərlərinizdə ağzınızı boş qoydum. Hər yerdə sizə çörək qıtlığı verdim. Lakin yenə Mənim tərəfimə dönmədiniz” Rəbb belə bəyan edir.
Amos Northern 4:7  “Mən biçin vaxtına üç ay qalmış sizdən yağışı kəsdim. Bir şəhərin üzərinə yağış yağdırdım, o birinin isə üzərinə yağdırmadım. Yağış bir əkin üzərinə yağdı, o birinin isə üzərinə yağmadığına görə o qurudu.
Amos Northern 4:8  İki-üç şəhər su içmək üçün bir şəhərə getdi, doyunca su içmədi. Lakin yenə Mənə tərəf dönmədiniz” Rəbb belə bəyan edir.
Amos Northern 4:9  “Əkininizə səmum küləyi və kif göndərərək sizə zərər vurdum. Bağlarınızı və üzümlüklərinizi, əncir və zeytun ağaclarınızı çəyirtkə yedi. Lakin yenə Mənə tərəf dönmədiniz” Rəbb belə bəyan edir.
Amos Northern 4:10  “Misirdə olduğu kimi aranıza vəba göndərdim. Cavanlarınızı qılıncla öldürtdüm. Atlarınızı sürüb apartdırdım. Ordunuzdan meyit iyini burnunuza çatdırdım. Lakin yenə Mənə tərəf dönmədiniz” Rəbb belə bəyan edir.
Amos Northern 4:11  “Mən Sodomla Homorranı necə dağıtdımsa, sizdən bəzilərini də elə məhv etdim. Siz oddan götürülən odun kimi sağ qaldınız. Lakin yenə Mənə tərəf dönmədiniz” Rəbb belə bəyan edir.
Amos Northern 4:12  “Ey İsraillilər, buna görə də sizinlə belə rəftar edəcəyəm. Bu rəftarıma görə Allahınızı qarşılamağa hazır olun, ey İsraillilər!”
Amos Northern 4:13  Odur dağlara quruluş verən, küləyi yaradan, Nə düşündüyünü insana bildirən, Dan işığını qaranlıq edən, Yer üzünün yüksək yerlərinə ayaq basan – Onun adı Ordular Allahı Rəbdir.