Site uses cookies to provide basic functionality.

OK
HEBREWS
1 2 3 4 5 6 7 8 9 10 11 12 13
Prev Up Next
Chapter 8
Hebr Northern 8:1  Deyilənlərin əsası isə budur: bizim elə bir Baş Kahinimiz var ki, göylərdəki möhtəşəm Allahın taxtının sağında oturub.
Hebr Northern 8:2  O, Müqəddəs məkanda və insanın deyil, Rəbbin qurduğu həqiqi çadırda xidmət edir.
Hebr Northern 8:3  Hər baş kahin təqdim və qurban gətirmək üçün təyin olunur. Buna görə bizim də Baş Kahinimizin təqdim etmək üçün nəyisə olmalıdır.
Hebr Northern 8:4  Əgər Özü yer üzündə olsaydı, əsla Kahin olmazdı. Çünki Qanuna əsasən təqdim gətirənlər var.
Hebr Northern 8:5  Onlar göylərdəkilərin təsviri və kölgəsi olan yerdə ibadət edir, necə ki Musa İbadət çadırını qurmaq üzrə olanda Allah onu xəbərdar etmişdi: «Dağda sənə göstərilən nümunəyə görə bunların hamısını ehtiyatla düzəlt».
Hebr Northern 8:6  Amma indi İsa daha yaxşı vədlər üzərində qurulmuş daha yaxşı bir Əhdin Vasitəçisi olduğu qədər üstün bir xidmətə nail oldu.
Hebr Northern 8:7  Əgər ilk Əhd qüsursuz olsaydı, ikinci Əhdə səbəb axtarılmazdı.
Hebr Northern 8:8  Çünki Allah Öz xalqını təqsirkar çıxararaq deyir: «Rəbb bəyan edir: “İsrail xalqı və Yəhuda xalqı ilə Yeni bir Əhd bağlayacağım günlər yaxınlaşır.
Hebr Northern 8:9  Bu Əhd Atalarını Misir torpağından çıxartmaq üçün Əllərindən tutduğum gün Onlarla bağladığım əhdə bənzəməyəcək. Çünki onlar əhdimə sadiq qalmadılar, Mən də onlardan üz döndərdim” Rəbb belə bəyan edir.
Hebr Northern 8:10  “O günlərdən sonra İsrail xalqı ilə Bağlayacağım Əhd belədir” Rəbb bəyan edir, “Qanunlarımı onların zehinlərinə qoyub Ürəklərinə yazacağam. Mən onların Allahı, Onlar da Mənim xalqım olacaq.
Hebr Northern 8:11  Bir kəs öz həmvətənini yaxud qardaşını ‹Rəbbi tanı› deyib öyrətməyəcək. Çünki böyükdən kiçiyə qədər hamı Məni tanıyacaq.
Hebr Northern 8:12  Çünki təqsirlərinə qarşı mərhəmətli olacağam, Günahlarını daha yada salmayacağam”».
Hebr Northern 8:13  Allah «Yeni Əhd» deməklə birincisinin köhnə olduğunu göstərir. Köhnələn və yaşa dolansa çox keçmədən yox olur.