HEBREWS
Chapter 7
| Hebr | Northern | 7:1 | Bu Melkisedeq Salem padşahı və Allah-Taalanın kahini idi. Padşahları məğlub edib geri qayıdan İbrahimin pişvazına çıxdı və ona xeyir-dua verdi. | |
| Hebr | Northern | 7:2 | İbrahim də ona hər şeyin onda bir hissəsini verdi. Melkisedeq ən əvvəl öz adının mənasına görə salehlik padşahıdır, sonra isə Salem padşahı, yəni sülh padşahıdır. | |
| Hebr | Northern | 7:3 | O, atasız, anasız olub nəsil şəcərəsi yoxdur. Nə günlərinin başlanğıcı, nə də həyatının sonu var. Lakin Allahın Oğluna bənzədilmiş əbədi kahin olaraq qalır. | |
| Hebr | Northern | 7:4 | Baxın bu adam necə böyükdür ki, ulu babamız İbrahim belə, qənimətlərinin onda bir hissəsini ona verdi. | |
| Hebr | Northern | 7:5 | Levi oğullarından kahinlik vəzifəsini alanlar, Qanuna görə xalqdan, yəni İbrahim nəslindən olduqları halda, öz qardaşlarından onda bir hissəni almaq əmrinə malikdirlər. | |
| Hebr | Northern | 7:6 | Amma onların nəslindən olmayan Melkisedeq İbrahimdən onda bir hissəni aldı və vədlərə malik olana xeyir-dua verdi. | |
| Hebr | Northern | 7:8 | Burada onda bir hissəni ölümlü insanlar alır, orada isə yaşadığına dair şəhadətə malik olan bir nəfər alır. | |
| Hebr | Northern | 7:9 | Demək olar ki, onda bir hissəni alan Levi də İbrahim vasitəsilə onda bir hissəni vermişdi. | |
| Hebr | Northern | 7:11 | Beləliklə, əgər kamillik Levililərin kahinliyi vasitəsilə əldə edilsəydi – çünki xalq bu kahinliyə əsasən Qanunu alıb – Harun vəzifəli deyil, Melkisedeq vəzifəli başqa bir kahinin təyin edilməsi barədə danışmağa daha nə ehtiyac vardı? | |
| Hebr | Northern | 7:13 | Haqqında bu sözlər deyilən Adam başqa bir qəbiləyə mənsubdur və bu qəbilədən heç kəs qurbangahda xidmət etməmişdir. | |
| Hebr | Northern | 7:14 | Axı Rəbbimizin Yəhuda qəbiləsindən törəməsi məlumdur. Musa bu qəbilə barəsində kahinlərə aid bir söz deməmişdi. | |
| Hebr | Northern | 7:16 | O, Qanunun cismani kahinlik əmrinə görə deyil, tükənməz həyat qüdrətinə görə Kahin oldu. | |
| Hebr | Northern | 7:19 | Çünki Qanun heç bir şeyi kamilləşdirməyib. Bunun yerinə bizi Allaha yaxınlaşdıran daha gözəl ümid verilir. | |
| Hebr | Northern | 7:21 | Lakin İsa Ona «Rəbb and içdi, qərarını dəyişməz: “Sən əbədi bir Kahinsən”» deyən Allah vasitəsilə andla kahin oldu. | |
| Hebr | Northern | 7:23 | Bununla belə, həmin kahinlərin sayı çox idi, çünki ölüm onların vəzifədə qalmasına mane olurdu. | |
| Hebr | Northern | 7:25 | Buna görə O Özü vasitəsilə Allaha yaxınlaşanları tam xilas etməyə qadirdir. Çünki O onlar üçün vəsatətçilik etməkdən ötrü həmişə yaşayır. | |
| Hebr | Northern | 7:26 | Həqiqətən, bizə belə bir Baş Kahinin olması münasibdir ki, O, müqəddəs, günahsız, ləkəsiz, günahkarlardan ayrılmış, göylərdən daha ucalara qaldırılmış olsun. | |
| Hebr | Northern | 7:27 | O başqa baş kahinlər kimi əvvəlcə öz günahları, sonra da xalqın günahları üçün hər gün qurban təqdim etmək məcburiyyətində deyil. Çünki Özünü qurban verməklə bunu birdəfəlik etdi. | |