HEBREWS
Chapter 8
| Hebr | Northern | 8:1 | Deyilənlərin əsası isə budur: bizim elə bir Baş Kahinimiz var ki, göylərdəki möhtəşəm Allahın taxtının sağında oturub. | |
| Hebr | Northern | 8:3 | Hər baş kahin təqdim və qurban gətirmək üçün təyin olunur. Buna görə bizim də Baş Kahinimizin təqdim etmək üçün nəyisə olmalıdır. | |
| Hebr | Northern | 8:4 | Əgər Özü yer üzündə olsaydı, əsla Kahin olmazdı. Çünki Qanuna əsasən təqdim gətirənlər var. | |
| Hebr | Northern | 8:5 | Onlar göylərdəkilərin təsviri və kölgəsi olan yerdə ibadət edir, necə ki Musa İbadət çadırını qurmaq üzrə olanda Allah onu xəbərdar etmişdi: «Dağda sənə göstərilən nümunəyə görə bunların hamısını ehtiyatla düzəlt». | |
| Hebr | Northern | 8:6 | Amma indi İsa daha yaxşı vədlər üzərində qurulmuş daha yaxşı bir Əhdin Vasitəçisi olduğu qədər üstün bir xidmətə nail oldu. | |
| Hebr | Northern | 8:8 | Çünki Allah Öz xalqını təqsirkar çıxararaq deyir: «Rəbb bəyan edir: “İsrail xalqı və Yəhuda xalqı ilə Yeni bir Əhd bağlayacağım günlər yaxınlaşır. | |
| Hebr | Northern | 8:9 | Bu Əhd Atalarını Misir torpağından çıxartmaq üçün Əllərindən tutduğum gün Onlarla bağladığım əhdə bənzəməyəcək. Çünki onlar əhdimə sadiq qalmadılar, Mən də onlardan üz döndərdim” Rəbb belə bəyan edir. | |
| Hebr | Northern | 8:10 | “O günlərdən sonra İsrail xalqı ilə Bağlayacağım Əhd belədir” Rəbb bəyan edir, “Qanunlarımı onların zehinlərinə qoyub Ürəklərinə yazacağam. Mən onların Allahı, Onlar da Mənim xalqım olacaq. | |
| Hebr | Northern | 8:11 | Bir kəs öz həmvətənini yaxud qardaşını ‹Rəbbi tanı› deyib öyrətməyəcək. Çünki böyükdən kiçiyə qədər hamı Məni tanıyacaq. | |
| Hebr | Northern | 8:12 | Çünki təqsirlərinə qarşı mərhəmətli olacağam, Günahlarını daha yada salmayacağam”». | |