ZECHARIAH
Chapter 13
Zech | Northern | 13:1 | O gün Davud nəslini və Yerusəlimdə yaşayanları günahdan və murdarlıqdan təmizləmək üçün bir bulaq açılacaq. | |
Zech | Northern | 13:2 | O gün ölkədən bütlərin adını birdəfəlik siləcəyəm, onlar bir daha xatırlanmayacaq. Yalançı peyğəmbərləri də, natəmiz ruhu da ölkədən uzaqlaşdıracağam» bəyan edir Ordular Rəbbi. | |
Zech | Northern | 13:3 | «Əgər kimsə yenə peyğəmbərlik etsə, onu dünyaya gətirmiş ata-anası ona deyəcək: “Sən yaşaya bilməzsən, çünki Rəbbin adı ilə yalan söyləmisən”. Sonra isə peyğəmbərlik edəndə öz ata-anası onun bədənini deşəcək. | |
Zech | Northern | 13:4 | O gün hər peyğəmbər peyğəmbərlik edərkən ona nazil olan görüntüdən utanacaq. O daha insanları aldatmaq üçün tüklü paltar geyməyəcək. | |
Zech | Northern | 13:5 | O deyəcək: “Mən peyğəmbər deyiləm, əkinçiyəm. Cavanlığımda bir adam məni özünə qul etdi”. | |
Zech | Northern | 13:6 | O biri ondan soruşacaq: “Bəs sinəndəki bu yaralar nədir?” O isə “dostlarımın evində aldığım yaralardır” deyəcək. | |
Zech | Northern | 13:7 | Oyan, ey qılınc, Çobanımın, yaxınımın üstünə get» Bəyan edir Ordular Rəbbi. «Çobanı vur, Qoyunları pərən-pərən olsun. Mən də əlimi kiçiklərə qarşı qaldıracağam. | |
Zech | Northern | 13:8 | Bütün ölkədə Xalqın üçdə ikisi vurulub-öldürüləcək, Üçdə biri isə sağ qalacaq» Bəyan edir Rəbb. | |