Site uses cookies to provide basic functionality.

OK
ZECHARIAH
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Prev Up Next
Chapter 4
Zech Northern 4:1  Mənimlə danışan mələk geri qayıdıb məni yuxusundan oyanan adam kimi oyatdı.
Zech Northern 4:2  O məndən soruşdu: «Nə görürsən?» Mən dedim: «Büsbütün qızıldan olan bir çıraqdan görürəm. Onun başında zeytun yağı üçün bir qab, üzərində yeddi çıraq, çıraqlarda isə yeddi lülə var.
Zech Northern 4:3  Çıraqdanın yanında isə biri yağ qabının sağında, o biri solunda olmaqla iki zeytun ağacı var».
Zech Northern 4:4  Sonra mənimlə danışan mələkdən soruşdum: «Ay ağam, bunlar nədir?»
Zech Northern 4:5  Mənimlə danışan mələk «Bunların nə olduğunu bilmirsənmi?» deyə soruşdu. Mən də «yox, ağam» dedim.
Zech Northern 4:6  O mənə cavab verdi: «Zerubbabilə Rəbbin sözü budur: “Güclə, qüdrətlə yox, yalnız Mənim Ruhumla iş görəcəksən” Deyir Ordular Rəbbi.
Zech Northern 4:7  Sən kimsən, ey uca dağ? Zerubbabilin önündə düzənliyə çevriləcəksən. O “nə gözəldir, nə gözəldir” nidaları altında Məbədin təpə daşını götürəcək».
Zech Northern 4:9  «Bu evin təməlini Zerubbabilin əlləri qoydu, Onun əlləri də bunu sona çatdıracaq. Onda biləcəksən ki, Ordular Rəbbi Məni sizin yanınıza göndərib.
Zech Northern 4:10  Bu günü kim əhəmiyyətsiz hesab edə bilər? Məhz bu gün adamlar Zerubbabilin əlində şaqulu görəndə sevinəcək. Bu yeddi çıraq isə Rəbbin bütün yer üzündə dolaşan gözləridir».
Zech Northern 4:11  Mən ondan soruşdum: «Bəs çıraqdanın sağ və solunda olan bu iki zeytun ağacı nədir?»
Zech Northern 4:12  Sonra yenə soruşdum: «İki qızıl borucuq vasitəsilə içindən qızıl rəngində yağ axan bu iki zeytun budağı nədir?»
Zech Northern 4:13  O məndən soruşdu: «Bunların nə olduğunu bilmirsənmi?» Mən də «yox, ay ağam» dedim.
Zech Northern 4:14  O mənə dedi: «Bunlar bütün yer üzünün Sahibinin önündə duran məsh olunmuş iki nəfərdir».