ZECHARIAH
Chapter 6
Zech | Northern | 6:1 | Yenə başımı qaldırıb baxanda iki dağ arasından dörd döyüş arabasının çıxdığını gördüm. O dağlar misdən idi. | |
Zech | Northern | 6:5 | Mələk mənə cavab verdi: «Bunlar bütün yer üzünün Sahibinə xidmət etdikləri yerdən çıxan göylərin dörd səmtinin ruhudur. | |
Zech | Northern | 6:6 | Qara atları olan döyüş arabası şimal torpağına, ağ atları olan döyüş arabası qərbə, xallı atları olan döyüş arabası isə cənuba tərəf gedir». | |
Zech | Northern | 6:7 | Qüvvətli atlar çıxıb yer üzünü dolaşmaq üçün getmək istədi. Mələk «gedin yer üzünü dolaşın» dedi. Onlar da gedib yer üzünü dolaşdı. | |
Zech | Northern | 6:8 | Mələk məni çağırıb dedi: «Bax şimal torpağına gedənlər orada ürəyimi rahatlandırdı». | |
Zech | Northern | 6:10 | «Hədiyyələri sürgündən qayıdanlardan – Babildən gələn Xelday, Toviya, Yedayadan götür və həmin gün Sefanya oğlu Yoşiyanın evinə get. | |
Zech | Northern | 6:11 | Onların arasından qızıl-gümüş götürüb taclar düzəlt və baş kahin Yehosadaq oğlu Yeşuanın başına qoy. | |
Zech | Northern | 6:12 | Ona söylə ki, Ordular Rəbbi belə deyir: “Bax ‹Pöhrə› adlanan adam budur! O olduğu yerdən qol-budaq atacaq, Rəbbin məbədini tikəcək. | |
Zech | Northern | 6:13 | Bəli, Rəbbin məbədini o tikəcək. O izzətlənəcək, taxtında oturub hökmranlıq edəcək. Taxtının yanında kahin olacaq, İkisinin arasında tam razılıq olacaq”. | |
Zech | Northern | 6:14 | Bu taclar Xeldayın, Toviyanın, Yedayanın, Sefanya oğlu Yoşiyanın xatirəsi kimi Rəbbin məbədinə qoyulacaq. | |