Site uses cookies to provide basic functionality.

OK
ZECHARIAH
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Prev Up Next Toggle notes
Chapter 1
Zech Northern 1:1  Daranın hakimiyyətinin ikinci ilində, səkkizinci ayda İddo oğlu Berekya oğlu Zəkəriyyə peyğəmbərə Rəbbin bu sözü nazil oldu:
Zech Northern 1:3  Ona görə də sən onlara söylə ki, Ordular Rəbbinin sözü belədir: “Mənə tərəf qayıdın” bəyan edir Ordular Rəbbi, “Mən də sizə tərəf qayıdaram” deyir Ordular Rəbbi.
Zech Northern 1:4  “Atalarınız kimi olmayın! Əvvəlki peyğəmbərlər onlara müraciət edib söylədi ki, Ordular Rəbbi onlara ‹pis əməllərinizdən və pis işlərinizdən qayıdın› deyir. Ancaq onlar eşitmədi və Mənə qulaq asmadı” Rəbb belə bəyan edir.
Zech Northern 1:5  “Atalarınız indi haradadır? Peyğəmbərlər də əbədi yaşayırmı?
Zech Northern 1:6  Amma qullarım peyğəmbərlərə əmr etdiyim Sözlərim və qaydalarım atalarınıza gəlib çatmadımı?” Onlar da tövbə edib dedi: “Ordular Rəbbi əməllərimizə və işlərimizə görə bizə nə etməyi düşündüsə, bizimlə elə də rəftar etdi”».
Zech Northern 1:7  Daranın hakimiyyətinin ikinci ilində, on birinci ay olan Şevat ayının iyirmi dördüncü günü İddo oğlu Berekya oğlu Zəkəriyyə peyğəmbərə Rəbbin bu sözü nazil oldu:
Zech Northern 1:8  gecə yarısı gördüm ki, qırmızı ata minmiş bir nəfər dərənin dibində mərsin ağacları arasında durub. Onun arxasında isə qırmızı, kəhər və ağ atlar var idi.
Zech Northern 1:9  Mən soruşdum: «Ay ağam, bunlar nədir?» Mənimlə danışan mələk dedi: «Bunların nə olduğunu sənə göstərəcəyəm».
Zech Northern 1:10  Mərsin ağacları arasında duran adam cavab verdi: «Bunları dünyanı dolaşmaq üçün Rəbb göndərib».
Zech Northern 1:11  Onlar mərsin ağacları arasında duran Rəbbin mələyinə cavab verdi: «Biz dünyanı dolaşdıq və gördük ki, bütün dünya asayiş və əmin-amanlıq içindədir».
Zech Northern 1:12  Onda Rəbbin mələyi dedi: «Ey Ordular Rəbbi, bu yetmiş il ərzində qəzəbləndiyin Yerusəlimə və başqa Yəhuda şəhərlərinə nə vaxta qədər mərhəmət etməyəcəksən?»
Zech Northern 1:13  Rəbb mənimlə danışan mələyə yaxşı vədlərlə, təsəlliverici sözlərlə cavab verdi.
Zech Northern 1:14  Mənimlə danışan mələk mənə dedi: «Müraciət edib söylə ki, Ordular Rəbbi belə deyir: “Yerusəlim və Sion üçün böyük qısqanclıq duyuram.
Zech Northern 1:15  Qayğısız olan millətlərə qarşı çox qəzəbliyəm. Çünki Mən hələ az qəzəbləndiyim zaman Onlar öz pis əməllərini daha da artırdı”.
Zech Northern 1:16  Buna görə də Rəbb belə deyir: “Mən mərhəmətlə Yerusəlimə qayıtdım. Evim yenə orada qurulacaq, Yerusəlimin üzərinə ölçü ipi çəkiləcək” Bəyan edir Ordular Rəbbi.
Zech Northern 1:17  Sən bir daha müraciət edib söylə ki, Ordular Rəbbi belə deyir: “Şəhərlərim yenə bolluqla dolub-daşacaq. Rəbb Siona yenə təsəlli verəcək, Yenə Yerusəlimi seçəcək”».
Zech Northern 1:18  Sonra başımı qaldırıb baxdım və dörd buynuz gördüm.
Zech Northern 1:19  Mənimlə danışan mələyə dedim: «Bunlar nədir?» O mənə dedi: «Bunlar Yəhudanı, İsraili və Yerusəlimi dağıtmış buynuzlardır».
Zech Northern 1:21  Mən «Bunlar nə etməyə gəlir?» deyə soruşdum. O dedi: «Bu buynuzlar Yəhudanı elə dağıtdı ki, heç kəs başını qaldıra bilmədi. Bu ustalar da Yəhuda ölkəsini dağıtmaq üçün buynuz qaldıran millətləri dəhşətə gətirib buynuzlarını yerə çalmağa gəldi».