Site uses cookies to provide basic functionality.

OK
ECCLESIASTES
1 2 3 4 5 6 7 8 9 10 11 12
Prev Up Next Toggle notes
Chapter 6
Eccl Northern 6:1  Səma altında gördüyüm bir dərd də var ki, insanlar arasında çox yayılıb:
Eccl Northern 6:2  adam var ki, Allah ona var-dövlət, izzət verir, arzu etdiyi hər şeyi yerinə yetirir, ancaq ona bu şeylərdən yeyib-içməyə imkan vermir, yad bir adam onun malını yeyir. Bu da puçdur, böyük bir dərddir.
Eccl Northern 6:3  Bir adam yüz uşaq atası olub, uzun illər yaşasa da, amma uzun ömrünün əvəzində firavanlığından doymayıb hörmətlə dəfn olunmazsa, məncə, ölü doğulmuş uşaq ondan yaxşıdır.
Eccl Northern 6:4  Çünki ölü doğulmuş uşaq boş yerə doğulur, qaranlıq içində itib-gedir, heç adı da çəkilmir.
Eccl Northern 6:5  Nə günəş üzü görür, nə də bir şey bilir. Amma bu uşağın rahatlığı o adamınkından çoxdur.
Eccl Northern 6:6  Çünki o adam iki dəfə min il ömür sürsə də, sevincin nə olduğunu bilmir. Məgər hər ikisi eyni yerə getmirmi?
Eccl Northern 6:7  İnsan bütün zəhməti Qarnı üçün çəkir, Amma yenə də iştahası bitib-tükənmir.
Eccl Northern 6:8  Hikmətli adamın ağılsızdan Nə üstünlüyü var? Yoxsul başqa insanlarla Necə rəftar etməyi bilsə də, Bunun ona nə faydası var?
Eccl Northern 6:9  Gözün görməsi ürəyin istəməsindən yaxşıdır. Bu da puçdur, külək dalınca qaçmağa bənzər.
Eccl Northern 6:10  Nə varsa, adı çoxdan qoyulmuşdur, İnsanın da nə olduğu bilinir. Heç kəs özündən güclü ilə güləşə bilməz.
Eccl Northern 6:11  Sözün çoxluğu puçluğu çoxaldır. Bunun insana nə faydası var?
Eccl Northern 6:12  Görəsən kim bilir ki, kölgə kimi keçən qısa puç həyatda insan üçün yaxşı şey nədir? Kim insana deyə bilər ki, özündən sonra səma altında nə baş verəcək?