ECCLESIASTES
Chapter 12
Eccl | Northern | 12:1 | Pis günlər gəlməzdən qabaq, “Onlardan zövq almıram” deyəcəyin illər Yaxınlaşmazdan əvvəl, Cavanlıq günlərində Səni Yaradanı xatırla. | |
Eccl | Northern | 12:2 | Günəş, işıq, ay və ulduzlar sönməzdən əvvəl, Yağışdan sonra buludlar yenə qayıtmazdan əvvəl Onu xatırla. | |
Eccl | Northern | 12:3 | O gün gələndə Evi qoruyanlar tir-tir əsəcək, Güclülər əyiləcək, Əl dəyirmanı ilə işləyənlər Az olduqları üçün Dən üyüdə bilməyəcək, Pəncərədən baxanlar qaralacaq. | |
Eccl | Northern | 12:4 | Küçəyə açılan qapılar bağlanacaq, Dəyirmanların səsi kəsiləcək. Adamlar quş səsi ilə oyanacaq, Nəğmə oxuyan bütün qızların səsini Zəif eşidəcəklər. | |
Eccl | Northern | 12:5 | O zaman onlar uca yerdən qorxacaq, Yolda yerimək də təhlükəli olur. Bax badam ağacı çiçək verir, Çəyirtkə özünü güclə çəkir, Həvəsi zəifləyir. Beləcə insan son mənzilə gedir, Yas tutanlar küçələrə düşür. | |
Eccl | Northern | 12:6 | Gümüş iplər qopmamış, Qızıl kasa qırılmamış, Bulaq başında kuzə tikə-tikə olmamış, Quyu yanında çarx sınmamış, | |
Eccl | Northern | 12:7 | Torpaq gəldiyi yerə qayıtmamış, Həyat nəfəsi isə onu verən Allaha dönməmiş Səni Yaradanı xatırla». | |
Eccl | Northern | 12:9 | Vaiz hikmətli adam olmaqdan başqa, xalqa bilik də öyrədirdi. O bir çox məsəlləri araşdırıb axtardı və tərtib etdi. | |
Eccl | Northern | 12:11 | Hikmətlilərin sözləri çoban çubuğu kimi, topladıqları sözləri bərk vurulmuş mıxlar kimidir; o sözlər bir Çoban tərəfindən verilir. | |
Eccl | Northern | 12:12 | Bunlardan başqa, oğlum, sən buna diqqət et ki, Çox kitab yazmağın axırı yoxdur, Çox oxumaq adamı yorur. | |
Eccl | Northern | 12:13 | Hər şey aşkar oldu, Nəticə bundan ibarətdir: Allahdan qorx, Onun əmrlərini yerinə yetir. Bəli, insanın əsas vəzifəsi budur. | |