ECCLESIASTES
Chapter 4
Eccl | Northern | 4:1 | Mən yenə səma altında edilən Bütün zülmləri gördüm: Məzlumların göz yaşlarını gördüm, Onlara təsəlli verən yox idi, Qüdrət zalımların əlində idi, Məzlumlara təsəlli verən yox idi. | |
Eccl | Northern | 4:3 | Bunlardan da xoşbəxt o adamdır ki, Hələ dünyaya gəlməyib, Səma altında edilən pisliyi görməyib. | |
Eccl | Northern | 4:4 | Mən gördüm ki, bir adamın çəkdiyi bütün zəhmətlər, yaxşı gedən bütün işlər qonşusunda qısqanclıqdan həvəs yaradır. Bu da puçdur, külək dalınca qaçmağa bənzər. | |
Eccl | Northern | 4:6 | Bir ovuc dolusunun gətirdiyi rahatlıq İki ovuc dolusunun gətirdiyi Zəhmətdən və külək dalınca qaçmaqdan yaxşıdır. | |
Eccl | Northern | 4:8 | Tənha bir adam var idi, Onun nə oğlu, nə də qardaşı var idi. Zəhmət çəkməkdən yorulmazdı, Lakin yenə də gözləri mal-dövlətdən doymurdu. Özündən soruşmurdu ki, Kimin üçün bu qədər zəhmət çəkirəm, Kimin üçün özümü zövq almaqdan məhrum edirəm? Bu da puçdur, böyük bir dərddir. | |
Eccl | Northern | 4:10 | Əgər biri yıxılsa, O biri yoldaşını qaldırar. Lakin vay o adamın halına ki, Yıxılanda onu qaldıran olmur! | |
Eccl | Northern | 4:11 | Həmçinin iki nəfər bir yerdə yatarsa, Bir-birini isidər. Amma tək yatan necə isinə bilər? | |
Eccl | Northern | 4:12 | Əgər bir nəfər tək qalıb məğlub olarsa, İki nəfər hücuma tab gətirə bilər. Üçqat ip tez qırılmaz. | |
Eccl | Northern | 4:13 | Yoxsul və hikmətli bir cavan irad qəbul etməyən qoca və səfeh padşahdan yaxşıdır. | |
Eccl | Northern | 4:14 | Çünki o cavan bu ölkədə yoxsulluq içində doğulsa da, zindana düşsə də, çıxıb padşah ola bilər. | |
Eccl | Northern | 4:15 | Gördüm ki, səma altında dolaşan bütün adamlar padşah taxtına oturan bu cavanın ardınca gedir. | |