REVELATION OF JOHN
Chapter 14
Reve | Northern | 14:1 | Mən gördüm ki, Quzu Sion dağında durub. Onunla birlikdə 144 000 nəfər var idi. Onların alnında Quzunun adı və Onun Atasının adı yazılmışdı. | |
Reve | Northern | 14:2 | Mən göydən gur suların sədasına və güclü göy gurultusuna bənzər bir səs eşitdim. Eşitdiyim səs çəng çalanların çənglərinin səsi kimi idi. | |
Reve | Northern | 14:3 | Onlar taxtın, dörd canlı məxluqun və ağsaqqalların önündə yeni bir nəğmə oxuyurlar. Yer üzündən satın alınmış bu 144 000 nəfərdən başqa heç kəs bu nəğməni öyrənə bilmədi. | |
Reve | Northern | 14:4 | Bunlar özlərini qadınlarla ləkələməmiş şəxslərdir, çünki bakirdirlər. Quzu hara getsə, onlar da Onun ardınca gedir. Onlar Allah və Quzu üçün nübar olaraq insanlar arasından satın alındı. | |
Reve | Northern | 14:6 | Mən göyün ortasında uçan başqa bir mələk gördüm. O, yer üzündə yaşayanlara – hər millətə, hər tayfaya, hər dilə və hər xalqa yaymaq üçün əbədi bir Müjdə gətirirdi. | |
Reve | Northern | 14:7 | Mələk uca səslə deyirdi: «Allahdan qorxun, Ona izzət verin! Çünki Onun mühakimə edəcəyi vaxt gəldi. Göyü, yeri, dənizi və su qaynaqlarını Yaradana səcdə edin!» | |
Reve | Northern | 14:8 | İkinci mələk də onun ardınca gələrək deyirdi: «Dağıldı, böyük Babil dağıldı! O, əxlaqsızlığının coşğun şərabını bütün millətlərə içirtmişdi». | |
Reve | Northern | 14:9 | Bunların ardınca üçüncü bir mələk də gələrək uca səslə deyirdi: «Kim vəhşi heyvana və onun surətinə səcdə edib öz alnının yaxud əlinin damğalanmasını qəbul edərsə, | |
Reve | Northern | 14:10 | o da Allahın qəzəb kasasına qarışıqsız tökülmüş coşğun şərabından içəcək. Belələrinə müqəddəs mələklərin və Quzunun önündə od və kükürdlə işgəncə veriləcək. | |
Reve | Northern | 14:11 | Onlara verilən işgəncənin tüstüsü əbədi olaraq qalxacaq. Vəhşi heyvana və onun surətinə səcdə edib adına aid damğanı qəbul edənlər gecə-gündüz rahatlıq tapmayacaq». | |
Reve | Northern | 14:12 | Allahın əmrlərinə riayət edən və İsaya imanına sadiq qalan müqəddəslərin gərək dözümü olsun. | |
Reve | Northern | 14:13 | Onda göydən belə deyən bir səs eşitdim: «Yaz: bundan sonra Rəbdə ölənlər nə bəxtiyardır!» Ruh deyir: «Bəli, onlar zəhmətlərindən ayrılıb rahatlıq tapacaqlar, çünki əməllərinin nəticəsi onların ardınca gedir». | |
Reve | Northern | 14:14 | Mən gördüm ki, ağ bir bulud var və buludun üstündə bəşər oğluna bənzər Biri oturub. Onun başında qızıl tac və əlində iti oraq var idi. | |
Reve | Northern | 14:15 | Başqa bir mələk də məbəddən çıxıb buludun üstündə Oturana uca səslə dedi: «Orağını işə sal və biç. Çünki yer üzündəki əkin yetişdiyi üçün biçin zamanı gəldi». | |
Reve | Northern | 14:18 | Od işinə məsul olan başqa bir mələk də qurbangahdan çıxıb iti orağı olan mələyə uca səslə nida etdi: «İti orağını işə sal və yer üzündəki üzüm tənəyindən salxımları kəs yığ, çünki üzümləri yetişib». | |
Reve | Northern | 14:19 | Mələk orağını yer üzünə salaraq yerdəki üzüm tənəyindən üzümləri kəsib yığdı və Allah hiddətinin böyük üzümsıxanına atdı. | |