Site uses cookies to provide basic functionality.

OK
SONG OF SOLOMON
1 2 3 4 5 6 7 8
Prev Up Next Toggle notes
Chapter 3
Song Northern 3:1  Yatağımda bütün gecə Könlümün sevgilisini axtardım, Axtardım, amma tapa bilmədim.
Song Northern 3:2  Dedim: «Qoy könlümün sevgilisini axtarım, Durub şəhəri dolaşım, Küçələrdə, meydanlarda axtarım». Axtardım, amma tapa bilmədim.
Song Northern 3:3  Şəhər asayişini qoruyanlar məni tapdı, Onlardan soruşdum: «Könlümün sevgilisini görməmisiniz ki?»
Song Northern 3:4  Onlardan ayrılanda könlümün sevgilisini tapdım, Tutub onu buraxmadım. Onu anamın evinə – Məni doğan qadının otağına apardım.
Song Northern 3:5  Ey Yerusəlimdəki qızlar, sizi and verirəm Dişi ceyranlara, çöldəki marallara! Bizi bu sevgidən oyatmayın, ayıltmayın, Qoy könül istəyənəcən qalsın.
Song Northern 3:6  Səhradan keçən, Tüstü sütunları kimi gələn, Tacirlərin ətirli bitkiləri içərisində Mirra və kündür ətri verən kimdir?
Song Northern 3:7  Budur Süleymanın taxt-rəvanı! Ətrafını İsrail igidlərindən altmışı bürüyüb.
Song Northern 3:8  Onların hamısı qılınc daşıyır, Mahir döyüşçüdür, Hər biri qılıncını belinə bağlayıb, Təhlükəli gecələr üçün hazırlanıb.
Song Northern 3:9  Taxt-rəvanını padşah Süleyman Livanın ağaclarından düzəltdirib.
Song Northern 3:10  Sütunları gümüşdən, söykənəcəyi qızıldan, Oturacağı tünd qırmızı qumaşdan düzəltdirib, Yerusəlim qızları bu qumaşa zövqlə naxış vurub.
Song Northern 3:11  Ey Sion qızları, çıxın, Padşah Süleymana baxın! O, toy günündə, ürəkdən sevindiyi gündə Başına anasının verdiyi tacı qoyub!