Site uses cookies to provide basic functionality.

OK
SONG OF SOLOMON
1 2 3 4 5 6 7 8
Prev Up Next Toggle notes
Chapter 7
Song Northern 7:1  Ey əsilzadə qızı, başmaqlı ayaqların gözəldir, Budlarını sanki heykəltəraş yonub, cəvahirə bənzəyir.
Song Northern 7:2  Göbəyin cürbəcür şərabların tükənmədiyi Dəyirmi piyaləyə bənzəyir. Belin zanbaqlara bürünən Bir dəstə sünbülə bənzəyir,
Song Northern 7:3  Döşlərin cüt ceyran balası kimi, Əkiz maral balası kimi qoşadır.
Song Northern 7:4  Boynun fil dişi qülləsi kimi gözəldir. Gözlərin Bat-Rabbim darvazası yanındakı Xeşbon hovuzuna bənzəyir. Burnun Dəməşqə baxan Livan qülləsi kimi gözəldir.
Song Northern 7:5  Başın Karmel dağı kimi dik durur, Başındakı tellər tünd qırmızı rəngə çalır, Padşah zülfünün əsiri olur.
Song Northern 7:6  Nə qəşəngsən, nə şirinsən, Ey məlahətli sevgilim.
Song Northern 7:7  Qamətin xurma ağacına, Döşlərin salxımlara bənzəyir.
Song Northern 7:8  Dedim: «Qoy xurma ağacına çıxım, Meyvəli budaqlarından yapışım». Döşlərindən üzüm salxımları kimi dadım, Nəfəsindən alma ətrini duyum.
Song Northern 7:9  Dodaqların gözəl şərab dadı verir. Qız: Bu şərab birbaşa sevgilim üçün tökülsün, Biz yatanların dodaqlarına süzülsün.
Song Northern 7:11  Sevgilim, gəl çölə gedək, Kəndlərdə gecələyək.
Song Northern 7:12  Səhər tezdən üzüm bağlarına gedək, Üzüm tumurcuqlanıbmı, pöhrə veribmi? Narlar çiçəklənibmi? Bunu seyr edək. Qoy orada sevgimi sənə verim.
Song Northern 7:13  Ey sevgilim, məhəbbət otları ətir saçır, Qapımızın yanında köhnə, təzə – cürbəcür meyvələr var, Sənin üçün saxlanılıb.