Site uses cookies to provide basic functionality.

OK
HAGGAI
1 2
Prev Up Next
Chapter 1
Hagg Northern 1:1  Padşah Daranın hakimiyyətinin ikinci ili, altıncı ayın birində Yəhuda valisi Şealtiel oğlu Zerubbabilə və baş kahin Yehosadaq oğlu Yeşuaya peyğəmbər Haqqay vasitəsilə Rəbbin bu sözü nazil oldu:
Hagg Northern 1:2  «Ordular Rəbbi belə deyir: “Bu xalq deyir ki, hələ Rəbbin məbədini qurmaq vaxtı çatmayıb”».
Hagg Northern 1:3  Rəbbin bu sözü peyğəmbər Haqqay vasitəsilə nazil oldu:
Hagg Northern 1:4  «Bu məbəd xaraba qaldığı halda Sizin üçün damı yaraşıqlı evlərinizdə oturmaq vaxtıdırmı?»
Hagg Northern 1:5  İndi isə Ordular Rəbbi belə deyir: «Həyat yollarınız haqqında yaxşı düşünün.
Hagg Northern 1:6  Çox əkdiniz, amma az götürdünüz. Yeyirsiniz, amma doymursunuz. İçirsiniz, amma susuzluğunuz yatmır. Geyinirsiniz, amma geyiminiz sizi isitmir. Məvacibiniz cırıq kisəyə qoyulur».
Hagg Northern 1:7  Ordular Rəbbi belə deyir: «Həyat yollarınız haqqında yaxşı düşünün.
Hagg Northern 1:8  İndi dağlara çıxıb ağac gətirin və məbədi qurun. Onda razı qalaram, izzətlənərəm». Bunu deyən Rəbdir.
Hagg Northern 1:9  Ordular Rəbbi belə bəyan edir: «Çox şey gözlədiniz, budur, az oldu. Az olanı da evə gətirəndə onları sovurdum. Nə üçün? Xaraba qalan məbədimə görə. Amma siz öz evləriniz üçün əlləşirsiniz.
Hagg Northern 1:10  Sizdən ötrü buna görə göylər şehini, yer də məhsulunu kəsdi.
Hagg Northern 1:11  Yerə, dağlara, taxıla, təzə şəraba, zeytun yağına, Torpağın yetirdiyi nemətlərə, Eləcə də insana, heyvana və əllərinizin bütün zəhmətinə Mən quraqlıq elan etdim».
Hagg Northern 1:12  Şealtiel oğlu Zerubbabil ilə baş kahin Yehosadaq oğlu Yeşua və xalqın sağ qalanları özlərinin Allahı Rəbbin dediklərinə – peyğəmbər Haqqayın sözünə baxdılar. Çünki onu onların Allahı Rəbb göndərmişdi. Xalq Rəbdən qorxdu.
Hagg Northern 1:13  Rəbbin elçisi Haqqay Rəbbin müraciəti ilə xalqa belə dedi: «Rəbb deyir: “Mən sizinləyəm”».
Hagg Northern 1:14  Rəbb Yəhuda valisi Şealtiel oğlu Zerubbabili, baş kahin Yehosadaq oğlu Yeşuanı və xalqın sağ qalanlarını ruhlandırdı. Xalq yığılıb özlərinin Allahı olan Ordular Rəbbinin məbədində işləməyə başladı.
Hagg Northern 1:15  Bu hadisə padşah Daranın hakimiyyətinin ikinci ili, altıncı ayın iyirmi dördündə baş verdi.