Chapter 1
III | Northern | 1:2 | Ey sevimli, dua edirəm ki, canın uğurlu olduğu kimi özün də hər cəhətdən uğurlu və sağlam olasan. | |
III | Northern | 1:3 | Bəzi qardaşlar gəlib sənin həqiqətə bağlılığına, yəni həqiqətə görə həyat sürdüyünə şəhadət edəndə mən çox sevindim. | |
III | Northern | 1:4 | Mənim üçün öz övladlarımın həqiqətə görə həyat sürdüyünü eşitməkdən böyük sevinc ola bilməz. | |
III | Northern | 1:5 | Ey sevimli, sənə hətta yad olduqları halda qardaşlara xidmət etməkdə sədaqət göstərirsən. | |
III | Northern | 1:6 | Onlar cəmiyyətin qarşısında sənin məhəbbətin barədə şəhadət ediblər. Sən onları Allaha layiq bir tərzdə yola salarkən yaxşı iş görəcəksən. | |
III | Northern | 1:9 | Cəmiyyətə bir şey yazdım, amma onların arasında başçılıq etməyi sevən Diotref bizim səlahiyyətimizi tanımır. | |
III | Northern | 1:10 | Buna görə də mən gələndə onun etdiyi əməllərlə bağlı məsələ qaldıracağam: o bizim barəmizdə pis sözlərlə qeybət edir, hətta bununla kifayətlənməyərək qardaşları özü qəbul etmir, qəbul etmək istəyənlərə də mane olur və onları cəmiyyətdən qovur. | |
III | Northern | 1:11 | Ey sevimli, pislikdən yox, yaxşılıqdan nümunə götür. Yaxşılıq edən Allahdandır, pislik edənsə Allahı görməyib. | |
III | Northern | 1:12 | Hamı Dimitrinin yaxşı adam olduğuna şəhadət edir, həqiqətin özü də bunu təsdiq edir. Biz də buna şəhadət edirik və sən də bilirsən ki, bizim şəhadətimiz etibarlıdır. | |
III | Northern | 1:13 | Sənə yazılası çox sözüm var, amma bunları sənə qələm və mürəkkəblə yazmaq istəmirəm. | |