Site uses cookies to provide basic functionality.

OK
ZECHARIAH
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Prev Up Next Toggle notes
Chapter 12
Zech Northern 12:1  Bu xəbərdarlıq İsrail barədə nazil olan Rəbbin sözüdür: göyləri yayan, yerin təməlini qoyan, insanın içindəki ruha şəkil verən Rəbb belə bəyan edir:
Zech Northern 12:2  «Bax Yerusəlimi ətrafındakı bütün xalqları səndələdən şərab dolu kasa edəcəyəm. Yerusəlim kimi Yəhuda da mühasirəyə alınacaq.
Zech Northern 12:3  O gün Yerusəlimi bütün xalqlar üçün ağır bir daş edəcəyəm. Onu qaldıranların hamısı ağır yaralanacaq. Dünyanın bütün millətləri ona qarşı birləşəcək.
Zech Northern 12:4  O gün hər atı dəhşətə, süvarisini dəliliyə düçar edəcəyəm» bəyan edir Rəbb, «Mən Yəhuda nəslinə göz qoyacağam, amma o biri xalqların bütün atlarını kor edəcəyəm.
Zech Northern 12:5  Onda Yəhuda başçıları ürəklərində deyəcək: “Özlərinin Allahı Ordular Rəbbinin ucbatından Yerusəlimdə yaşayanlar mənim üçün qüvvə olub”.
Zech Northern 12:6  O gün Yəhuda başçılarını odunların arasında yanan bir manqal, dərzlərin ortasında alovlanan bir məşəl kimi edəcəyəm. Hər tərəfdə – sağda və solda olan bütün xalqları yandırıb məhv edəcəklər. Yerusəlimlilər isə yenə öz şəhərlərində yaşayacaq.
Zech Northern 12:7  Mən Rəbb əvvəlcə Yəhuda xalqının məskənlərini qurtaracağam. Ona görə ki Davud nəsli və Yerusəlimdə yaşayanlar Yəhudadan çox şərəfli olmasın.
Zech Northern 12:8  Mən Rəbb o gün Yerusəlimdə yaşayanları qoruyacağam. O gün onların arasında ən gücsüz adam Davud kimi, Davud nəsli isə Allah kimi, onlara başçılıq edən Rəbbin mələyi kimi olacaq.
Zech Northern 12:9  O gün Yerusəlimə hücum etmək üçün gələn bütün millətləri məhv etməyə çalışacağam.
Zech Northern 12:10  Davud nəsli və Yerusəlimdə yaşayanların üzərinə lütf və yalvarış ruhunu tökəcəyəm. Onlar Mənə – bədənini deşdikləri şəxsə baxacaq və vahid oğluna yas tutan adam kimi ona yas tutacaq, ilk oğlu üçün dərd çəkən adam kimi dərd çəkəcək.
Zech Northern 12:11  O gün Yerusəlimdə böyük matəm olacaq, Megiddo düzənliyində, Hadad-Rimmonda olduğu kimi böyük matəm olacaq.
Zech Northern 12:12  Ölkədə hər nəsil öz içində yas tutacaq: Davud nəsli ayrı, qadınları ayrı, Natan nəsli ayrı, qadınları ayrı,
Zech Northern 12:13  Levi nəsli ayrı, qadınları ayrı, Şimey nəsli ayrı, qadınları ayrı yas tutacaq.
Zech Northern 12:14  Bütün qalan nəsilləri ayrı-ayrı, qadınları isə ayrı yas tutacaq.