Site uses cookies to provide basic functionality.

OK
I TIMOTHY
1 2 3 4 5 6
Prev Up Next
Chapter 2
I Ti Northern 2:1  Hər şeydən əvvəl xahiş edirəm: möminlik və ləyaqətlə sakit və rahat ömür sürməyimiz üçün, bütün insanlar, o cümlədən, padşahlar və hakimiyyət sahibi olanların hamısı üçün yalvarış, dua, vəsatət və şükürlər edilsin.
I Ti Northern 2:2  Hər şeydən əvvəl xahiş edirəm: möminlik və ləyaqətlə sakit və rahat ömür sürməyimiz üçün, bütün insanlar, o cümlədən, padşahlar və hakimiyyət sahibi olanların hamısı üçün yalvarış, dua, vəsatət və şükürlər edilsin.
I Ti Northern 2:3  Çünki bu yaxşıdır və Xilaskarımız Allahı razı salır.
I Ti Northern 2:4  O bütün insanların xilas olub həqiqəti dərk etməsini istəyir.
I Ti Northern 2:5  Çünki bir Allah və Allahla insanlar arasında bir Vasitəçi vardır. O, İnsan olan Məsih İsadır.
I Ti Northern 2:6  O hamını satın almaq üçün Özünü fidyə verdi və bu da münasib vaxtda edilən şəhadətdir.
I Ti Northern 2:7  Mən də həmin şəhadətin vaizi və həvarisi təyin edildim – yalanı deyil, həqiqəti söyləyirəm. Başqa millətlərə iman və həqiqət öyrədən müəllim oldum.
I Ti Northern 2:8  Buna görə istəyirəm ki, kişilər qəzəblənmədən, mübahisə etmədən hər yerdə müqəddəs əllər qaldırıb dua etsinlər,
I Ti Northern 2:9  qadınlar da ədəbli görkəmlə, abır-həya və ağıl-kamalla bəzənsinlər. Dəbdəbəli saç düzümü ilə, qızıllarla, mirvarilərlə və yaxud bahalı paltarlarla deyil,
I Ti Northern 2:10  mömin olduqlarını bəyan edən qadınlara yaraşan tərzdə xeyirli işlərlə bəzənmələrini istəyirəm.
I Ti Northern 2:11  Qadın sakitlik və tam bir tabelik içində öyrənsin;
I Ti Northern 2:12  qadının öyrədib kişiyə ağalıq etməsinə izin vermirəm, qadın sakit olsun.
I Ti Northern 2:14  Aldadılan da Adəm deyildi, qadın aldadılıb əmri pozdu;
I Ti Northern 2:15  amma qadın doğuşla xilas olacaq, bir şərtlə ki ağıl-kamalla imanda, məhəbbətdə və müqəddəslikdə yaşamağa davam etsin.