LAMENTATIONS
Chapter 1
Lame | Northern | 1:1 | Yerusəlim şəhəri necə də boş qalıb, Bir zaman insanlarla dolu idi, İndi dul qadına bənzəyir – Millətlər arasında ulu sayılan, Ellər arasında mələkə olan, Bu şəhər nökərçilik edir. | |
Lame | Northern | 1:2 | Gecələr acı-acı ağlar, Göz yaşları ilə yanağı islanar, Məşuqlarının arasından Ona təsəlli verən yoxdur. Bütün dostları ona xəyanət etdi, düşmən oldu. | |
Lame | Northern | 1:3 | Yəhuda dərdə, ağır zillətə düşüb, İndi sürgünə gedir. O, millətlər arasında yaşayır, O torpaqlarda rahatlıq tapmır, Yəhuda bu iztiraba düşəndə, Təqibçilər ona çatdılar. | |
Lame | Northern | 1:4 | Siona gedən yollar yas tutur, Çünki bayramlarına gələn yoxdur, Buranın bütün darvazaları kimsəsiz qalıb, Kahinləri ah-zar edir. Bu şəhərin qızları əzab-əziyyət çəkir, Buranın aqibəti acıdır, | |
Lame | Northern | 1:5 | İndi düşmənlər bu şəhərin üstündə hökmrandır, Bu yağılar gör necə firavan yaşayır. Çox üsyankar olduqlarına görə Rəbb onları bu zülmə saldı, Övladları düşmən önündə əsir aparıldı. | |
Lame | Northern | 1:6 | Sion qızının cah-calalı yox oldu, Onların başçıları otlaqsız maral kimi oldu, Onlar təqib edənlərin qarşısından Taqətsiz qaçırlar. | |
Lame | Northern | 1:7 | Yerusəlim sıxıntı içində avara gəzərkən Ötən günlərdə olan bütün sərvətini xatırlayır, Xalqı düşmənlərinə təslim olanda köməyinə çatan yoxdur. Düşmənləri ona baxır, Yıxılmağına gülür. | |
Lame | Northern | 1:8 | Yerusəlim böyük günah işlətdi, Ona görə özünü murdar etdi. Yerusəlimə hörmət edənlərin hər biri İndi ona xor baxır, Çünki onu çılpaq görürlər, O da üzünü yana çevirib inləyir. | |
Lame | Northern | 1:9 | Ətəyində ləkələr qaldı, Sonunu düşünməz oldu, Ona görə qorxunc surətdə yıxıldı, Ona təsəlli verən yoxdur, Ya Rəbb, gör bu əzabımı, Çünki düşmən zəfər çaldı. | |
Lame | Northern | 1:10 | Onun bütün sərvətini talamaq üçün Düşmən əlini uzatdı. Göz önündəcə millətlər, Camaatın arasına girməsini qadağan etdiyin Müqəddəs məkanına soxuldu. | |
Lame | Northern | 1:11 | Oranın bütün xalqı zarıyır, çörək axtarır, Canlarını taqətə gətirmək üçün Sərvətlərinin əvəzinə azuqə alır. «Ya Rəbb, indi bax, halımı gör, Bir səfilə dönmüşəm». | |
Lame | Northern | 1:12 | Ey yoldan keçənlərin hamısı, Bu iş sizin üçün boşdurmu? Baxın dərdimə, bunun kimisi varmı, Mənim başıma gətirilən dərd başqasında olarmı? Rəbb qəzəbdən alovlananda Bu dərdi başıma tökdü. | |
Lame | Northern | 1:13 | Yuxarıdan od göndərdi, Sümüklərimədək bu odu yeritdi. Ayaqlarım üçün tor qurdu, Məni geri qaytardı. Gün boyu məni yalqız qoydu, taqətdən saldı. | |
Lame | Northern | 1:14 | Xudavənd günahlarımı mənə boyunduruq etdi, Əli ilə bir-birinə hördü, Onları boynuma keçirtdi, Taqətimi tükəndirdi. Məni qarşısında dura bilmədiyim İnsanlara təslim etdi. | |
Lame | Northern | 1:15 | Məni müdafiə edən cəngavərlər vardı, Hamısı Xudavənd tərəfindən atıldı. Mənə qarşı bir ordu göndərdi, Seçmə igidlərimi qırıb tapdalatdı. Bakirə Yəhuda qızını üzümsıxanda əzdi. | |
Lame | Northern | 1:16 | Bunlar üçün ağlayıram, Gözlərimdən yaş axır. Təsəlli verən məndən uzaqdır, Məni dirçəldən uzaqdır. Övladlarım yalqız qalıb, Çünki düşmən zəfər çalıb. | |
Lame | Northern | 1:17 | Sion əl açıb, Amma ona təsəlli verən yoxdur. Rəbb Yaqub nəslinə qarşı bu əmrini verib: «Qoy qonşuları onun düşməni olsun, Çünki Yerusəlim onlar üçün murdar əskiyə çevrilib». | |
Lame | Northern | 1:18 | Rəbb adildir, mən isə əmrinə qarşı çıxdım, Ey bütün xalqlar, siz mənə qulaq asın! Mənim çəkdiyim bu dərdə baxın, Bakirə qızlarım, igidlərim sürgünə gedib. | |
Lame | Northern | 1:19 | Müttəfiqlərimi çağırdım, Lakin məni aldatdılar, Kahinlərim, ağsaqqallarım cana gəlmək üçün Yemək axtardılar, Amma şəhərin içindəcə canlarını tapşırdılar. | |
Lame | Northern | 1:20 | Ya Rəbb, bax dara düşmüşəm, Canım əzabdan yanır. Çox üsyankarlıq etmişəm, Buna görə ürəyim üzülür. Bayırdakı qılınc məni övladsız qoyur, Ölüm evimi içəridən bəzəyir. | |
Lame | Northern | 1:21 | Necə ah-zar çəkdiyimi eşidiblər, Amma mənə təsəlli verən yoxdur, Düşmənlərim bu əziyyətimdən xəbər tutdu, Onlar başıma gələnlərə sevinir, Elan etdiyin günü yetir! Qoy onlar mənim vəziyyətimə düşsün. | |