Site uses cookies to provide basic functionality.

OK
LAMENTATIONS
1 2 3 4 5
Prev Up Next Toggle notes
Chapter 5
Lame Northern 5:1  Ya Rəbb, başımıza gələni yada sal Gör bu xəcalətimizi, buna nəzər sal.
Lame Northern 5:2  İrs torpağımız yadellilərin əlinə keçib, Evlərimiz əcnəbilərə verilib.
Lame Northern 5:3  Atalarımız öldü, yetim qaldıq, Analarımız dul qaldı.
Lame Northern 5:4  Suyumuzu pulla alıb içirik, Pulla odun almağa məcburuq.
Lame Northern 5:5  Bizi qovub başımızdan basırlar, Yorulmuşuq, bizi rahat qoymurlar.
Lame Northern 5:6  Doyunca çörək yemək üçün Misirə, Aşşura əl açmışıq.
Lame Northern 5:7  Ata-babalarımız günah işlədərək keçib-getdi, Təqsirlərinin cəzası üstümüzə yükləndi.
Lame Northern 5:8  Qullar bizə hökmran olub, Bizi onların əlindən qurtaran yoxdur.
Lame Northern 5:9  Çöldəki qılınca görə, Canımız bahasına çörək qazanırıq.
Lame Northern 5:10  Aclıq bizi yandırıb-yaxdığına görə Dərimiz qaralıb, kürəyə bənzəyir.
Lame Northern 5:11  Sionda qadınlar, Yəhuda şəhərlərindəki bakirə qızlar zorlanır.
Lame Northern 5:12  Başçılar əllərindən asılıb, Ağsaqqallar hörmətdən düşüb.
Lame Northern 5:13  Məcburiyyət qarşısında cavanlar əl dəyirmanını çəkir, Oğlanlar odun yükləri altında səndələyir.
Lame Northern 5:14  Şəhər darvazasında ağsaqqallar oturmur, Gənclər çalğı alətlərində çalmır.
Lame Northern 5:15  Ürəyimizdən şadlıq çəkilib, Oyunlarımız yasa çevrilib.
Lame Northern 5:16  Başımızın tacı düşüb, Vay halımıza! Çünki günah işlətmişik.
Lame Northern 5:17  Buna görə ürəklərimiz çəkilib, Gözlərimiz qaralıb,
Lame Northern 5:18  Çünki Sion dağı viran qalıb, Üstündə tülkülər gəzib-dolaşır.
Lame Northern 5:19  Sən isə, ya Rəbb, əbədi hökmransan, Nəsildən-nəslə qədər taxtında oturacaqsan.
Lame Northern 5:20  Uzun zamandan bəri niyə bizi bu qədər tərk etmisən? Niyə bizi bu qədər uzun müddətə tərk etmisən?
Lame Northern 5:21  Ya Rəbb, bizi Özünə qaytar, Təzədən əvvəlki günlərimizə qayıdaq!
Lame Northern 5:22  Yoxsa hüzurundan bizi tamamilə atmısan, Bizə qarşı hədsiz qəzəblənmisən?