Site uses cookies to provide basic functionality.

OK
LAMENTATIONS
1 2 3 4 5
Prev Up Next Toggle notes
Chapter 3
Lame Northern 3:1  Rəbbin qəzəb dəyənəyindən Mən əzab çəkirəm,
Lame Northern 3:2  O məni apardı, İşıqda deyil, qaranlıqda gəzdirdi.
Lame Northern 3:3  Bütün gün – dəfələrlə qaldırdığı əli Mənə qarşıdır.
Lame Northern 3:4  Ətimi, dərimi çürütdü, Sümüklərimi sındırdı.
Lame Northern 3:5  Məni əzabla, cəfa ilə sarıdı, Mühasirəyə saldı.
Lame Northern 3:6  Çoxdan ölüb-gedənlər kimi Məni zülmətdə yaşatdı.
Lame Northern 3:7  Ətrafımı hər tərəfdən hasara aldı, Məni zəncirləyib, qaça bilmirəm.
Lame Northern 3:8  Fəryad edib mən imdad istəyərkən O, duamın qarşısına sədd çəkdi.
Lame Northern 3:9  Yonma daşlarla yollarımı kəsdi, Onları dolaşdırdı.
Lame Northern 3:10  Mənə ayı kimi pusqu düzəldir, Gizlənib aslan kimi məni güdür.
Lame Northern 3:11  Yoldan sürükləyib məni parçaladı, Çarəsiz hala saldı.
Lame Northern 3:12  Kamanının yayını çəkdi, Məni Özü üçün bir hədəf etdi.
Lame Northern 3:13  Çəkib oxdanından ox atdı, Böyrəyimə sapladı.
Lame Northern 3:14  Gün boyu xalqımın gülüş hədəfinə döndüm, Məzhəkəli nəğmə ilə məni ələ salırlar.
Lame Northern 3:15  O, acı otlardan mənə doyunca yedirtdi, Yovşan suyunu içirtdi.
Lame Northern 3:16  Dişlərimi çınqılla qırdı, Kül içində məni diz çökdürtdü.
Lame Northern 3:17  Salamatlıqdan canımı uzaq etdi, Yaxşılığı unutdum.
Lame Northern 3:18  Dedim: «Üzərimdən əzəmətim getdi, Rəbdən ümidim kəsildi».
Lame Northern 3:19  Əzabımı və sərgərdanlığımı, Acı yovşanı və zəhəri yada sal.
Lame Northern 3:20  Daim onları xatırlayıram, Ona görə köksümdən ürəyim üzülür.
Lame Northern 3:21  Amma bunları yada salarkən Məndə ümid yaranır.
Lame Northern 3:22  Rəbbin məhəbbətinə görə məhv olmadıq, Çünki mərhəməti tükənməzdir.
Lame Northern 3:23  Hər səhər bunlar təzələnir, Sənin sədaqətin böyükdür.
Lame Northern 3:24  Öz-özümə deyirəm: «Rəbb mənim nəsibimdir», Ona görə Rəbbə ümid bəsləyirəm.
Lame Northern 3:25  Rəbb Ona güvənənlərə, Onu axtaran könüllərə xeyirxahdır.
Lame Northern 3:26  Rəbbə ümid bəsləmək, Sakitcə bizə qurtuluş verməsini gözləmək nə yaxşıdır.
Lame Northern 3:27  Yaxşı olar ki, insan Boyunduruğunu gənc yaşından daşısın.
Lame Northern 3:28  Qoy susub tənha otursun, Axı Rəbb boynuna boyunduruq salıb.
Lame Northern 3:29  Üzünü yerə sürtsün, Bəlkə hələ ümid var.
Lame Northern 3:30  İzin versin, qoy sifətinə vursunlar, Qoy ona doyunca böhtan atsınlar.
Lame Northern 3:31  Çünki Xudavənd əbədilik Bizi Özündən kənar etməz.
Lame Northern 3:32  Qəm-qüssə versə belə, Bol məhəbbətinə görə rəhmə gələr.
Lame Northern 3:33  Çünki ürəkdən istəyərək bəşər övladlarına əzab verməz, Heç kimi kədərləndirməz.
Lame Northern 3:34  Dünyadakı bütün əsirlərin ayaq altında əzilməsini,
Lame Northern 3:35  Haqq-Taalanın hüzurunda insanın Öz haqlarından məhrum olmasını,
Lame Northern 3:36  İnsanın ədalətdən məhrum olmasını Xudavənd heç görmürmü?
Lame Northern 3:37  Xudavənd əmr verməsə, Kimin dediyi həyata keçər?
Lame Northern 3:38  Həm xeyir, həm də şər, Haqq-Taalanın əmri ilə gələr.
Lame Northern 3:39  Öz günahının cəzasından Sağ qalan insan niyə şikayətlənir?
Lame Northern 3:40  Qoy yollarımıza diqqətlə baxaq, Rəbbə yenidən üz tutaq.
Lame Northern 3:41  Göylərdəki Allaha əllərimizi, Həm də ürəklərimizi açaq.
Lame Northern 3:42  Deyək: «Biz qanunsuzluq və üsyankarlıq etdik, Bunu bizə bağışlamadın».
Lame Northern 3:43  Qəzəbə bürünmüsən, bizi təqib etmisən, Aman vermədən öldürmüsən.
Lame Northern 3:44  Özünə buludlardan örtük çəkdin, Onların arasından dua keçmir.
Lame Northern 3:45  Xalqlar arasında Bizi zibilə, tullantıya çevirmisən.
Lame Northern 3:46  Bütün düşmənlərimizin bizə qarşı Ağızları açıldı.
Lame Northern 3:47  Dəhşət və çuxur, Məhv və qırğın birlikdə başımıza gəldi.
Lame Northern 3:48  Qırılan əziz xalqıma görə Gözlərimdən sel kimi yaş axdı.
Lame Northern 3:49  Dinmədən, dayanmadan Gözlərimdən yaş axacaq,
Lame Northern 3:50  Rəbb göylərdən aşağıya baxana qədər, Olanları görənə qədər.
Lame Northern 3:51  Şəhərimdəki hər qızın taleyini görərkən Ürəyimi kədər bürüyür.
Lame Northern 3:52  Nahaq yerə mənə düşmən olanlar Məni quş tək ovladılar.
Lame Northern 3:53  Quyuya salıb məni öldürmək istədilər, Daşqalaq etdilər.
Lame Northern 3:54  Sular başımdan aşdı, Dedim: «Ömrüm sona çatdı».
Lame Northern 3:56  «Qulağını tıxama, fəryadımı dinlə» deyərkən Səsimi eşitdin.
Lame Northern 3:57  Səni çağıranda yanıma gəldin, Mənə «qorxma» söylədin.
Lame Northern 3:58  Ey Xudavənd, mənim əməlimə baxdın, Həyatımı satın aldın.
Lame Northern 3:59  Ya Rəbb, başıma gətirdikləri şəri gördün, Bu iş barədə hökmünü ver.
Lame Northern 3:60  Mənə bəslədikləri kini, Mənə qarşı qurulan fəndləri gördün.
Lame Northern 3:61  Ya Rəbb, mənə etdikləri həqarəti eşitdin, Əleyhimə fənd qururlar.
Lame Northern 3:62  Əleyhdarlarımın pıçıltısını, Gün boyu mənə qarşı mırıltısını eşitdin.
Lame Northern 3:63  Onların oturuşuna-duruşuna bax, Onlara məzhəkə nəğməsi olmuşam.
Lame Northern 3:64  Ya Rəbb, onların əllərinin əməllərinə görə Əvəzini verəcəksən.
Lame Northern 3:65  Onların qəlbini inadkar et, Qoy lənətin onların üstünə gəlsin.
Lame Northern 3:66  Ya Rəbb, qəzəbinlə onları qov, Səma altından məhv edib at!