Site uses cookies to provide basic functionality.

OK
ZEPHANIAH
1 2 3
Prev Up Next
Chapter 1
Zeph Northern 1:1  Yəhuda padşahı Amon oğlu Yoşiyanın hökm etdiyi dövrdə Xizqiya oğlu Amarya oğlu Gedalya oğlu Kuşi oğlu Sefanyaya Rəbbin sözü nazil oldu.
Zeph Northern 1:2  Rəbb belə bəyan edir: «Yer üzündən hər şeyi silib-süpürəcəyəm».
Zeph Northern 1:3  Budur, Rəbb belə bəyan edir: «İnsanları, heyvanları, Göydəki quşları, dənizdəki balıqları, Pis adamları ilə Şər üçün qurulan tələlərini Silib-süpürəcəyəm, İnsanı yer üzündən yox edəcəyəm.
Zeph Northern 1:4  Əlimi uzadıb Yəhuda və Yerusəlim sakinlərinin Hamısını cəzalandıracağam, Baal bütlərinə ibadətin qalıqlarını, Kahinlərlə bütpərəst din xadimlərinin adlarını da buradan silib atacağam.
Zeph Northern 1:5  Damlarda göy cisimlərinə səcdə edənləri, Həm Rəbbin adına, həm də Milkom bütü adına And içib səcdə edənləri,
Zeph Northern 1:6  Rəbbin yolundan dönənləri, Rəbbə müraciət etməyənləri, Rəbdən məsləhət almayanları Buradan yox edəcəyəm».
Zeph Northern 1:7  Susun Xudavənd Rəbbin qarşısında, Çünki Onun günü yaxınlaşır, Rəbb qurban hazırlayıb, qonaqlarını dəvət edib.
Zeph Northern 1:8  Rəbb deyir: «O qurban günü əmirləri, şahzadələri, Əcnəbi dəbi ilə geyinənləri cəzalandıracağam.
Zeph Northern 1:9  O gün kandarından tullanıb keçənləri, Öz ağalarının evlərini zorakılıq və hiylə ilə Dolduranları cəzalandıracağam».
Zeph Northern 1:10  Rəbb bəyan edir: «O gün Yerusəlimdə Balıqlar darvazasından fəğan səsi, İkinci Məhəllədən fəryadlar, Təpələrdən isə böyük gurultu eşidiləcək».
Zeph Northern 1:11  Ey bazar məhəlləsinin sakinləri, nalə çəkin! Bütün tacirləriniz məhv olacaq, Tərəzidə gümüş çəkənləriniz qırılacaq.
Zeph Northern 1:12  O zaman Yerusəlimin hər tərəfini Çıraqlarla axtaracağam, Firavan yaşayan qayğısızları, Ürəklərində «Rəbb nə yaxşılıq, nə də pislik – Heç nə etməz» Deyənləri cəzalandıracağam.
Zeph Northern 1:13  Var-dövlətləri talan olacaq, Evləri xaraba qalacaq, Tikdikləri evlərdə yaşamayacaqlar, Onlar saldıqları üzümlüklərin Şərablarını içməyəcəklər.
Zeph Northern 1:14  Rəbbin möhtəşəm günü yaxınlaşır, Yaxınlaşır, tez gələcək. Rəbbin günündə fəryad səsi çıxacaq, İgid adam belə, fəryad edəcək.
Zeph Northern 1:15  O gün qəzəb günüdür: Hər tərəfi Əziyyət və məşəqqətin, Viran və talanın, Qaranlıq və zülmətin, Qara buludların bürüdüyü gündür!
Zeph Northern 1:16  O gün istehkamlı şəhərlərə, Hündür künc qüllələrinə qarşı Döyüş üçün çalınan şeypurların, Döyüş nərələrinin səsləndiyi gündür!
Zeph Northern 1:17  Rəbb deyir: «Adamlara elə bəla göndərəcəyəm ki, Kor kimi hara gedəcəklərini bilməyəcəklər, Çünki Mən Rəbbə qarşı günah ediblər. Qanları su kimi axacaq, Bədənləri yerdə çürüyüb peyin olacaq».
Zeph Northern 1:18  Rəbbin qəzəb günündə Qızıl-gümüşləri Onları qurtara bilməyəcək, Onun qısqanc qəzəbinin alovunda Bütün ölkə yanıb yox olacaq, Çünki O, bir anda ölkənin sakinlərini qıracaq.