HEBREWS
Chapter 1
| Hebr | Northern | 1:1 | Allah qədim zamanlarda dəfələrlə və müxtəlif yollarla əcdadlarımıza peyğəmbərlər vasitəsilə müraciət etmişdi. | |
| Hebr | Northern | 1:2 | Amma bu axır zamanda O bizə Oğul vasitəsilə müraciət etdi; Onu hər şeyin varisi təyin etmişdi və Onun vasitəsilə kainatı yaratmışdı. | |
| Hebr | Northern | 1:3 | Oğul Allahın izzətinin əksi və mahiyyətinin tam surətidir. O hər şeyi qüdrətli kəlamı ilə saxlayır. O, günahlardan təmizlənməni təmin edəndən sonra ucalarda möhtəşəm Allahın sağında oturdu. | |
| Hebr | Northern | 1:5 | Axı Allah mələklərin hansına nə vaxtsa «Sən Mənim Oğlumsan, Mən bu gün Sənə Ata oldum» yaxud «Mən Ona Ata, O isə Mənə Oğul olacaq» demişdir? | |
| Hebr | Northern | 1:6 | Yenə də Allah İlk Doğulanı dünyaya gətirəndə deyir: «Allahın bütün mələkləri qoy Onun qarşısında səcdə etsin». | |
| Hebr | Northern | 1:7 | Mələklər barəsində isə deyir: «Öz mələklərini küləklərə, Öz xidmətçilərini yanar oda döndərir!» | |
| Hebr | Northern | 1:8 | Amma Oğul haqqında bunu deyir: «Ey Allah, taxtın əbədilik, sonsuzadək qalır, Sənin şahlıq əsan insaf əsasıdır. | |
| Hebr | Northern | 1:9 | Salehliyi sevib qanunsuzluğa nifrət etmisən. Ona görə Allah, Sənin Allahın Sevinc yağı ilə Yoldaşlarından çox Səni məsh edib». | |
| Hebr | Northern | 1:10 | Yenə deyir: «Ya Rəbb, Sən yerin təməlini əzəldən qurmusan, Göylər Sənin əllərinin işidir! | |
| Hebr | Northern | 1:12 | Onları geyim kimi bükəcəksən, Onları paltar kimi dəyişdirəcəksən. Amma Sən dəyişməzsən, İllərin tükənməzdir». | |
| Hebr | Northern | 1:13 | Lakin Allah mələklərin hansına nə vaxtsa «Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək Sağımda otur» demişdir? | |