JUDGES
Chapter 12
Judg | Northern | 12:1 | Efrayimlilər yığılaraq Safona gedib İftaha dedilər: «Sən nəyə görə Ammon övladları ilə döyüşə çıxıb bizi özünlə getməyə çağırmadın? Buna görə biz səni də, evini də yandıracağıq». | |
Judg | Northern | 12:2 | İftah onlara dedi: «Mən və xalqım Ammon övladları ilə ağır döyüşdə olan vaxt sizi köməyə çağırdım, lakin siz gəlib məni onların əlindən qurtarmadınız. | |
Judg | Northern | 12:3 | Mən də gördüm ki, siz məni qurtarmırsınız, onda həyatımı təhlükəyə atıb Ammon övladlarına qarşı özüm hücuma keçdim və Rəbb onları mənə təslim etdi. Nə üçün bu gün mənimlə davaya çıxmısınız?» | |
Judg | Northern | 12:4 | İftah bütün Gileadlıları toplayıb Efrayimlilərlə döyüşdü və Gileadlılar Efrayimliləri qırdılar, çünki Efrayimlilər belə demişdilər: «Ey Efrayimlə Menaşşe arasında yaşayan Gileadlılar, siz Efrayimdən qaçan fərarilərsiniz!» | |
Judg | Northern | 12:5 | Gileadlılar Efrayimin qarşısındakı İordan çayının keçidlərini tutdular. Əgər qaçıb qurtulmaq istəyən Efrayimlilərdən biri gəlib «qoy çayı keçim» deyərdisə, Gileadlılar ondan «sən Efrayimlisənmi?» deyə soruşardılar. O «xeyr» desəydi, | |
Judg | Northern | 12:6 | o zaman ona «bir “şibbolet” de görək» deyərdilər. O da kəlməni doğru söyləyə bilməyib «sibbolet» deyərdi. Onda Gileadlılar onu tutub İordan çayının keçidlərində öldürərdi. Həmin dövrdə Efrayimlilərdən qırx iki min nəfər qırıldı. | |
Judg | Northern | 12:7 | İftah altı il İsraildə hakimlik etdi. Sonra Gileadlı İftah öldü və Gileadın bir şəhərində dəfn olundu. | |
Judg | Northern | 12:9 | Onun otuz oğlu və otuz qızı var idi. Qızlarını başqa nəsillərə ərə vermiş, oğullarına isə başqa nəsillərdən otuz gəlin gətirmişdi. İvsan İsraildə yeddi il hakimlik etdi. | |
Judg | Northern | 12:14 | Onun yetmiş sıpaya minən qırx oğlu ilə otuz nəvəsi var idi və o, səkkiz il İsraildə hakimlik etdi. | |