Site uses cookies to provide basic functionality.

OK
NAHUM
1 2 3
Prev Up Next Toggle notes
Chapter 1
Nahu Northern 1:1  Bu, Nineva haqqındakı xəbərdarlıq, Elqoşlu Nahumun görüntülərindən ibarət kitabdır.
Nahu Northern 1:2  Rəbb qısqancdır, qisas alan Allahdır, İntiqam alır, qəzəblə doludur, Düşmənlərindən qisas alır, Yağılarına qarşı qəzəblidir.
Nahu Northern 1:3  Rəbb hədsiz səbirlidir, qüdrətlidir, Təqsirkarı əsla cəzasız qoymaz, Onun yolu qasırğadadır, fırtınadadır, Buludlar ayaqlarının tozudur,
Nahu Northern 1:4  Dənizə əmr edib onu qurudar, Bütün çayların sularını da qurudar, Başan və Karmel meşələri saralır, Livanın gül-çiçəyi solur.
Nahu Northern 1:5  Rəbbin hüzurundan dağlar titrəyir, Təpələr əriyir, Yer üzü Rəbbin önündə sarsılır, Dünya və onun sakinləri lərzəyə gəlir.
Nahu Northern 1:6  Onun qəzəbinə qarşı kim dura bilər? Qızğın hiddətinə kim tab gətirər? Rəbbin qeyzi od kimi tökülər, Qarşısında qayalar dağılar.
Nahu Northern 1:7  Rəbb xeyirxahdır, dar gündə sığınacaqdır, Ona güvənənləri tanıyır.
Nahu Northern 1:8  Lakin O, Ninevanın olduğu yeri Azğın sellərlə məhv edəcək. Düşmənlərini zülmətə salacaq.
Nahu Northern 1:9  Rəbbə qarşı nə qəsd etsələr, O hər şeyə son qoyacaq, Onlardan bir daha bəla çıxmaz.
Nahu Northern 1:10  Tikanlar kimi bir-birinə dolaşmışlar, Əyyaşlar kimi sərxoş olmuşlar, Quru küləş tək tamamilə yanacaqlar.
Nahu Northern 1:11  Ey Nineva, Rəbbə qarşı pislik düşünən Şər məsləhətçini sən yetirdin!
Nahu Northern 1:12  Rəbb belə deyir: «Aşşurlular çox və güclü olsa da, Yenə məhv olub gedəcək. Ey xalqım İsrail, sənə çox əzab vermişəm, Səni bir daha incitmərəm.
Nahu Northern 1:13  İndi boyunduruğunu parçalayıb, Qandallarını qıracağam».
Nahu Northern 1:14  Ey Nineva, Rəbb sənin haqqında Belə əmr verib: «Artıq övladların olmayacaq, adını daşımayacaq, Allahlarının məbədindən Oyma bütləri, tökmə bütləri məhv edəcəyəm. Qəbir qazacağam sənə, çünki alçaqsan!
Nahu Northern 1:15  Budur, müjdə gətirənin Ayaqları dağlar aşır, gəlir, Sülh xəbəri gətirir. Ey Yəhuda, bayramlarını keçir, Əhdlərini yerinə yetir! O pis millətin ayağı ölkəndən artıq keçməyəcək, Çünki tamamilə məhv oldu».