SONG OF SOLOMON
Chapter 5
Song | Northern | 5:1 | Ay həmdəmim, ay gəlin! Öz bağçama girmişəm, Ətriyyatlarımla mirramı yığmışam. Şanı balını – öz balımı yemişəm, Şərabımı və südümü içmişəm. Qızın rəfiqələri: Ay dostlar, yeyin, Ay sevgililər, için, doyunca için! Qız: | |
Song | Northern | 5:2 | Yatsam da, qəlbim oyaq idi. Qapını döyən sevgilimin səsi gəldi: «Qapını aç, ay həmdəmim, ay yarım! Ay göyərçinim, ay eyibsizim! İslandı başım şehdən, Saçım gecənin nəmindən». | |
Song | Northern | 5:3 | Soyunmuşam paltarımı, Geyinimmi təzədən? Yumuşam ayaqlarımı, Bulaşdırımmı yenidən? | |
Song | Northern | 5:5 | Mən sevgilim üçün qapı açmağa qalxdım, Əllərimə mirra damdı, Barmaqlarımdan süzüldü, Cəftə üstə töküldü. | |
Song | Northern | 5:6 | Mən sevgilimə qapı açanda Sevgilim çıxıb getmişdi. O məni çağıranda huşumu itirmişdim. Mən onu axtardım, tapa bilmədim, Mən onu çağırdım, lakin cavab gəlmədi. | |
Song | Northern | 5:7 | Şəhər asayişini qoruyanlar məni tapdılar, Döyüb bədənimi yaraladılar, Hasar keşikçiləri örpəyimi açdılar. | |
Song | Northern | 5:8 | Ey Yerusəlimdəki qızlar, mən sizə and verirəm, Tapsanız sevgilimi, deyin ona: «Mən eşq xəstəsiyəm». Qızın rəfiqələri: | |
Song | Northern | 5:9 | Ey gözəllər gözəli, Sevgilinin digərlərindən fərqi nədir? Onu fərqləndirən nədir? Axı niyə bizə belə and verirsən? Qız: | |
Song | Northern | 5:12 | Gözləri axar sular kənarındakı göyərçinlərə oxşayır, Süd içində yuyunmuşlar, Öz yuvasında cəvahir tək görünərlər. | |
Song | Northern | 5:13 | Yanaqları ətirli gülüstana oxşayır, Hər yana ətir saçır, Dodaqları zanbaqlara bənzəyir, Ondan mirra tökülür. | |
Song | Northern | 5:14 | Əlləri sanki sarı yaqutla bəzənən qızıl budaqdır, Qaməti sanki yaqutlarla naxışlanan fil dişidir. | |
Song | Northern | 5:15 | Qıçları saf qızıl ayaqlıqlar üstündə dayanan Mərmər sütunlara oxşar. Görkəmi Livanın dağları kimidir, Nadir sidr ağacları kimidir. | |