Site uses cookies to provide basic functionality.

OK
SONG OF SOLOMON
1 2 3 4 5 6 7 8
Prev Up Next Toggle notes
Chapter 6
Song Northern 6:1  Ey gözəllər gözəli, sevgilin hara gedib? O hansı yana dönüb? Səninlə birgə onu axtarmağa gedək. Qız:
Song Northern 6:2  Sevgilim öz bağçasına – Ətirli gülüstana gedib, Bağçalarda sürüsünü otarmağa, Zanbaq gülü toplamağa gedib.
Song Northern 6:3  Mən sevgilimin, sevgilim də mənimdir, O, sürüsünü zanbaqlıq içərisində otarır. Oğlan:
Song Northern 6:4  Ey yarım, sən Tirsa şəhəri qədər gözəlsən, Yerusəlim kimi sevimlisən, Müzəffər ordu kimi möhtəşəmsən.
Song Northern 6:5  Gözlərini məndən ayır, Onlar məni mat qoyur. Saçların Gilead dağının yamaclarından Tökülən keçi sürüsü tək qapqaradır.
Song Northern 6:6  Dişlərin yenicə yuyunub çıxan qoyun sürüsü tək düzülüb, Bu qoyunların hamısının əkiz balası var, Aralarında balasız olanı yoxdur.
Song Northern 6:7  Kəsilmiş nar kimi yaşmaqladığın yanaqlarından qan damır.
Song Northern 6:8  Altmış mələkə var, Cariyələr səksənə çatır, Kənizlər isə saysızdır.
Song Northern 6:9  Göyərçinimin, eyibsizimin tayı yoxdur, Anasının yeganə qızıdır, Onu doğanın canı-gözüdür. Qızlar onu görərkən Söyləyirlər: «Bəxtəvərsən!» Mələkələr və cariyələr də onu mədh edir. Qızın rəfiqələri:
Song Northern 6:10  Şəfəq saçan, Ay tək gözəl, gün tək parlayan, Müzəffər ordu kimi möhtəşəm olan kimdir? Qız:
Song Northern 6:11  Mən qoz bağına endim, Yaşıllaşan vadini görmək istədim. Üzüm tumurcuqlanıbmı, narlar çiçəklənibmi? Bunu seyr edim.
Song Northern 6:12  Heç özüm də bilmədən ruhum məni apardı, Şanlı xalqımın döyüş arabalarının üstünə qaldırdı. Qızın rəfiqələri:
Song Northern 6:13  Qayıt, ey Şulam qızı, qayıt, Qayıt, səni görək, qayıt. Oğlan: Maxanayim oyununa tamaşa etdiyiniz kimi Niyə Şulam qızına baxmaq istəyirsiniz?