ECCLESIASTES
Chapter 8
Eccl | Northern | 8:1 | Kim hikmətli adama tay ola bilər? Şeylərin mənasını kim bilər? Hikmət insanın üzünü nurlandırar, Tutqun simasını dəyişdirər. | |
Eccl | Northern | 8:3 | Padşahın hüzurundan çıxmağa tələsmə, onun xoşuna gəlməyən işində inad etmə, çünki o istədiyi hər şeyi edə bilər. | |
Eccl | Northern | 8:5 | Onun hökmünü yerinə yetirən Heç bir bəlaya düşməz. Hikmətli adamın ürəyi Bunun vaxtını da, qaydasını da bilir. | |
Eccl | Northern | 8:6 | Axı hər şeyin həm öz vaxtı, Həm də öz qaydası var. Hərçənd ki insanın daşıdığı dərd çox ağırdır. | |
Eccl | Northern | 8:8 | Küləyi tutub saxlamağa heç kəsin gücü çatmadığı kimi Ölüm gününü saxlamağa da heç kəsin gücü çatmaz. Döyüşçü meydanı tərk etmədiyi kimi Pislik də pis adamı tərk etməz. | |
Eccl | Northern | 8:9 | Bunların hamısını gördüm və səma altında görülən hər işə diqqət etdim: bir adamın başqa adama ağalıq etməsi başına bəla olur. | |
Eccl | Northern | 8:10 | Sonra mən pis adamların axırını da gördüm. Bu adamlar müqəddəs yerə gəlib-gedər, buna görə də pislik etdikləri şəhərdə təriflənərdi. Bu da puçdur. | |
Eccl | Northern | 8:11 | Pis işin cəzası tez verilmədiyinə görə insanların ürəyi də pislik etməyə cəsarət tapır. | |
Eccl | Northern | 8:12 | Günahkar adam yüz dəfə pislik edib uzun müddət yaşasa da, Allahdan qorxanların, Onun hüzurunda ehtiramla duranların yaxşılıq görəcəyini bilirəm. | |
Eccl | Northern | 8:13 | Ancaq pis adam yaxşılıq görməyəcək və onun kölgəyə bənzər günləri uzadılmayacaq, çünki Allahın hüzurunda ehtiramla durmur. | |
Eccl | Northern | 8:14 | Yer üzündə baş verən başqa puç şey də var: saleh adamlara layiq olan şeylər pis adamlara qismət olur, pis adamlara layiq olan şeylər saleh adamlara qismət olur. Dedim ki, bu da puçdur. | |
Eccl | Northern | 8:15 | Beləcə mən kef çəkməyi üstün saydım, çünki səma altında insan üçün yeyib-içməkdən və kef çəkməkdən yaxşı şey yoxdur. Çünki səma altında Allahın insana ömrü boyu çəkdirdiyi zəhmətdən ona ancaq bu qalır. | |
Eccl | Northern | 8:16 | O zaman ürəyimdə niyyət etdim ki, hikmət öyrənim və yer üzündə insanların gecə-gündüz gözlərinə yuxu getməyərək gördükləri işlərə nəzər salım. | |