Site uses cookies to provide basic functionality.

OK
ESTHER
1 2 3 4 5 6 7 8 9 10
Prev Up Next
Chapter 9
Esth Northern 9:1  On ikinci ay – Adar ayının on üçü padşahın əmri və fərmanının icra vaxtı yaxınlaşmaqda idi. Düşmənlər elə güman etmişdilər ki, o gün Yəhudilər onların hakimiyyəti altına düşəcək. Lakin bunun əksinə, Yəhudilər onlara nifrət edənlər üzərində zəfər çaldılar.
Esth Northern 9:2  Yəhudilər onlara pislik etməyə çalışanlara hücum etmək üçün padşah Axaşveroşun bütün vilayətlərində, yaşadıqları şəhərlərə də yığıldılar. Artıq onların qarşısında heç kim dayana bilməzdi, çünki onların zəhmi bütün xalqları bürümüşdü.
Esth Northern 9:3  Bütün vilayət rəisləri, canişinlər, valilər və padşahın məmurları Yəhudilərə kömək etdi. Çünki Mordokaya görə onların canına qorxu düşmüşdü.
Esth Northern 9:4  Mordokay padşah sarayında yüksək rütbə sahibi olmuş, şöhrəti bütün vilayətlərə yayılmışdı. Artıq bir şəxsiyyət kimi Mordokay get-gedə yüksəlirdi.
Esth Northern 9:5  Yəhudilər bütün düşmənlərini qılıncdan keçirərək öldürüb yox etdilər. Onlara nifrət edənlərə nə istədilərsə, onu da etdilər.
Esth Northern 9:6  Yəhudilər Şuşan qalasında beş yüz nəfəri öldürüb yox etdilər. Bunlarla bərabər
Esth Northern 9:7  Yəhudilərin düşməni Hammedata oğlu Hamanın on oğlunu –
Esth Northern 9:10  Parmaştanı, Arisayı, Aridayı, Vayzatanı öldürdülər, lakin talana əl atmadılar.
Esth Northern 9:11  O gün Şuşan qalasında öldürülənlərin siyahısı padşahın hüzuruna gətirildi.
Esth Northern 9:12  Padşah mələkə Esterə dedi: «Yəhudilər Şuşan qalasında beş yüz nəfəri və Hamanın on oğlunu öldürüb yox etdilər. İndi gör padşahın digər vilayətlərində nə ediblər! Yenə nə istəyin var? Sənə veriləcək. Nə arzun var? Yerinə yetiriləcək».
Esth Northern 9:13  Ester dedi: «Əgər padşaha xoş görünsə, Şuşandakı Yəhudilərə sabah da izin verilsin ki, bugünkü fərmanı icra etsinlər. Hamanın on oğlunu isə dar ağacından assınlar».
Esth Northern 9:14  Padşah belə edilməsini əmr etdi. Şuşanda fərman elan edildi. Hamanın on oğlu asıldı.
Esth Northern 9:15  Şuşandakı Yəhudilər Adar ayının on dördündə də yığılıb orada üç yüz nəfəri öldürdülər, lakin talana əl atmadılar.
Esth Northern 9:16  Padşahın vilayətlərində yaşayan digər Yəhudilər öz canlarını qorumaq üçün yığıldılar. Onlara nifrət edən yetmiş beş min nəfəri öldürüb düşmənlərindən azad oldular, lakin talana əl atmadılar.
Esth Northern 9:17  Bu hadisə baş verəndə Adar ayının on üçü idi. On dördüncü gün azad olan Yəhudilər ziyafət və sevinc günü keçirdi.
Esth Northern 9:18  Şuşandakı Yəhudilər isə həmin ayın on üçündə və on dördündə yığılıb ayın on beşində istirahət edərək ziyafət və sevinc günü keçirdilər.
Esth Northern 9:19  Elə buna görə də kəndli olub əyalət şəhərlərində yaşayan Yəhudilər Adar ayının on dördünü sevinc, ziyafət və bir-birlərinə sovqat göndərdikləri şənlik günü kimi keçirməkdədir.
Esth Northern 9:20  Mordokay bu hadisələri qeyd edib padşah Axaşveroşun uzaqda və yaxında olan bütün vilayətlərindəki Yəhudilərin hamısına məktub göndərdi.
Esth Northern 9:21  Onlara buyurdu ki, hər il Adar ayının on dördünü və on beşini qeyd etsinlər,
Esth Northern 9:22  çünki bu günlər Yəhudilər öz düşmənlərindən azad oldular və o ay kədərləri sevincə, matəmləri şənlik gününə çevrilmişdi. O günlər şənlik qurub sevinməli və bir-birlərinə yemək sovqatları göndərib kasıblara hədiyyə verməli idilər.
Esth Northern 9:23  Yəhudilər özləri başladığı kimi Mordokayın yazılı əmrinə görə buna əməl etməyə razı oldular.
Esth Northern 9:24  Çünki bütün Yəhudilərin düşməni Aqaqlı Hammedata oğlu Haman Yəhudiləri yox etmək üçün onlara qəsd qurmuşdu. Onları əzərək məhv etmək üçün pur, yəni püşk atmışdı.
Esth Northern 9:25  Lakin iş padşahın hüzuruna çatanda padşah məktub vasitəsilə əmr etmişdi ki, Hamanın Yəhudilərə qurduğu qəsd-qərəz Hamanın öz başına gətirilsin və Hamanla oğulları dar ağacından asılsın.
Esth Northern 9:26  Elə buna görə də bu günlər Pur kəlməsinə görə Purim adlandırılır. Bu namədə verilən təlimatdan, bu iş haqqında gördüklərindən və başlarına gələn hadisələrdən ötrü
Esth Northern 9:27  Yəhudilər özləri və sonrakı nəsilləri üçün, habelə onlara qoşulanlar üçün bir adət təsis etdirib bunu davam etdirdilər. Dedilər ki, bu iki günü hər il qaydalara və müəyyən vaxta görə qeyd etməkdə laqeydlik göstərməməlidirlər.
Esth Northern 9:28  Bu günlər hər nəsildə, hər ailədə, hər vilayətdə və hər şəhərdə xatırlanıb qeyd edilməli, bu Purim günləri Yəhudilər arasından itməməli və övladlarının yadından çıxmamalıdır.
Esth Northern 9:29  Avixayilin qızı mələkə Ester və Yəhudi Mordokay bu ikinci Purim naməsini tam səlahiyyətlə yazıb təsdiq etdilər.
Esth Northern 9:30  Mordokay Axaşveroşun padşahlığının yüz iyirmi yeddi vilayətində yaşayan bütün Yəhudilərə sülh və həqiqət sözləri yazaraq məktub göndərdi ki,
Esth Northern 9:31  Yəhudi Mordokayla mələkə Esterin onlara əmr etdikləri kimi, eləcə də tutacaqları oruclar və matəm vaxtları barədəki təlimatla özləri və sonrakı nəsilləri üçün müəyyənləşdirdikləri kimi vaxtı bəlli olan bu Purim günlərini təsis etsinlər.
Esth Northern 9:32  Esterin əmri Purim bayramının bu qaydalarını təsdiqlədi və kitabda yazıldı.