Site uses cookies to provide basic functionality.

OK
HABAKKUK
1 2 3
Prev Up Next Toggle notes
Chapter 2
Haba Northern 2:1  Keşiyimdə duracağam, Gözətçi qülləsində dayanacağam. Baxım Rəbb mənə nə deyəcək, Görüm şikayətlərimə nə cavab verəcək?
Haba Northern 2:2  Rəbb mənə belə cavab verdi: «Görüntünü yaz, lövhələrdə açıqla ki, Qoy hər kəs tez onu oxuya bilsin.
Haba Northern 2:3  Çünki bu görüntü müəyyən vaxt üçündür, Başa çatmağa tələsir və yalan deyil. Gecikmiş kimi görünsə də, gözləyin, Hökmən gələcək, gecikməyəcək.
Haba Northern 2:4  Bax, bu adam məğrurdur, köksündəki ürəyi düz deyil, Amma saleh adam imanı ilə yaşayacaq.
Haba Northern 2:5  Həm də bu məğruru şərab aldadır, Bu təkəbbürlü adam sakit durmaz, Acgözlüyünü ölülər diyarı kimi genişləndirir, Ölüm kimi heç doymaz. Bütün millətləri özü üçün toplayar, Bütün xalqları özü üçün əsir alar.
Haba Northern 2:6  Amma bütün bu əsir alınanlar Onu lağa qoyacaqlar, İstehzalı müəmmalarla deyəcəklər: “Özünə aid olmayanı ələ keçirənin, Xərac alıb varlananın vay halına! Bu nə vaxta qədər davam edəcək?”
Haba Northern 2:7  Sənə xərac verənlər bir gün Qəflətən qiyam etməzmi? Oyanıb sizi qorxutmazmı? Budur, o vaxt onlara qənimət olacaqsan.
Haba Northern 2:8  Bir çox milləti soyduğun üçün Xalqlardan sağ qalanlar səni də soyacaq. Çünki insan qanı tökdün, Ölkələrə və şəhərlərə, Orada yaşayan hər kəsə zorakılıq etdin.
Haba Northern 2:9  Evini haram qazancla dolduranın, Fəlakətdən qaçmaq üçün Yuvasını yüksək yerdə quranın vay halına!
Haba Northern 2:10  Sən çox xalqları qırmaqla Öz evini rüsvay etdin, Öz həyatına günah gətirdin!
Haba Northern 2:11  Belə ki divar daşları bu barədə fəryad qoparacaq, Taxta tirlər əks-səda verəcək!
Haba Northern 2:12  Şəhəri qanlarla tikənin, Kəndi haqsızlıqla quranın vay halına!
Haba Northern 2:13  Xalqlar odda yandırılmaq üçün zəhmət çəkir, Ümmətlər boş yerə özünü yorur. Bu, Ordular Rəbbindən deyilmi?
Haba Northern 2:14  Çünki sular dənizi bürüdüyü kimi Dünya Rəbbin izzətinin biliyi ilə doldurulacaq.
Haba Northern 2:15  Qonşuların çılpaq bədənlərinə tamaşa etmək üçün Onlara şərab içirdib sərxoş edənin, İçkiyə zəhrimar qatanın vay halına!
Haba Northern 2:16  Hörmət əvəzinə xəcalətlə doyacaqsan, Sən də iç, çılpaqlığını göstər; Rəbbin sağ əlindəki cam Sənin üzərində fırlanacaq. Rüsvayçılıq hörmətin üzərinə gələcək.
Haba Northern 2:17  Livanda etdiyin zorakılıq öz başına gələcək, Heyvanların qırğını səni dəhşətə gətirəcək; Çünki insan qanı tökdün, Ölkələrə və şəhərlərə, Orada yaşayan hər kəsə zorakılıq etdin.
Haba Northern 2:18  Sənətkarın oyduğu yonma ya tökmə bütün Yalan öyrətməkdən başqa nə xeyri var? Bütü düzəldən sənətkar öz işinə güvənir, Amma onun düzəltdiyi Dilsiz bütdən başqa nədir ki?
Haba Northern 2:19  Taxtaya “Oyan!”, dilsiz daşa “Qalx!” Deyən insanın vay halına! Büt yol göstərə bilərmi? Budur o, qızılla, gümüşlə örtülüb, Daxilində isə həyat nəfəsi yoxdur.
Haba Northern 2:20  Lakin Rəbb müqəddəs məbədindədir, Qoy bütün dünya Onun önündə sussun!»