HABAKKUK
Chapter 3
Haba | Northern | 3:2 | Ya Rəbb, Sənin şöhrətin haqqında eşitdim, Ya Rəbb, gördüyün işlərə görə qorxdum. Bizim vaxtımızda da eyni işlər gör, Bizim dövrümüzdə bunları bildir! Qəzəblənəndə mərhəmətini xatırla! | |
Haba | Northern | 3:3 | Allah Temandan, Müqəddəs Olan Paran dağından gəldi. Sela Ehtişamı göyü bürüdü, Yer üzü Ona edilən həmd-sənalarla doldu. | |
Haba | Northern | 3:4 | Cah-calalı günəş tək parıldayır, Əlindən nur tökülür, Qüdrəti əlində gizli saxlanılıb. | |
Haba | Northern | 3:6 | O durdu, yeri tərpətdi, Baxdı, millətləri sarsıtdı, Qədim dağlar dağıldı, Əzəldən qalan təpələr ona baş əydi. Allahın yolu əbədidir. | |
Haba | Northern | 3:7 | Gördüm ki, Kuşan çadırları əziyyət altındadır, Midyan çadırlarının pərdələri lərzəyə gəldi. | |
Haba | Northern | 3:8 | Ya Rəbb, məgər Sən Çaylara qarşı qəzəblənmisən? Acığın irmaqlara qarşıdırmı? Yoxsa dənizə qarşı hiddətlənmisən? Axı atlarına, müzəffər döyüş arabalarına minmisən? | |
Haba | Northern | 3:10 | Səni görüb dağlar lərzəyə gəldi, Sellər hər yanı süpürüb axdı, Dərinliklər gurladı, dalğalar qalxdı. | |
Haba | Northern | 3:11 | Uçan oxlarının qığılcımından, İşıldayan nizənin parıltısından Günəş və ay yerlərində durdu. | |
Haba | Northern | 3:13 | Sən Öz xalqının qurtulması üçün, Məsh etdiyinin xilası üçün çıxdın, Şər nəslin başçısını əzdin, Təpədən dırnağa qədər onu soydun. Sela | |
Haba | Northern | 3:14 | Cəngavərləri fırtına tək Bizi dağıtmağa gələndə Onların başını öz nizələri ilə deşdin. Onlar gizlənən zavallıları Məhv edənlər kimi sevinərdi. | |
Haba | Northern | 3:16 | Eşitdim və varlığım lərzəyə gəldi, Səsindən dodaqlarım əsdi. Çürüklük sümüklərimə girdi, Dizlərim titrədi. Amma bizə hücum edən xalqın Fəlakətə düşdüyü günü səbirlə gözləyəcəyəm. | |
Haba | Northern | 3:17 | Əncir ağacı tumurcuqlanmasa da, Meynələr bar gətirməsə də, Zeytun ağaclarına çəkdiyim zəhmət boşa çıxsa da, Tarlalar məhsul yetişdirməsə də, Qoyun-keçi ağıllarda, Mal-qara tövlələrdə yox olsa da, | |