I THESSALONIANS
Chapter 2
I Th | Northern | 2:2 | Bildiyiniz kimi, əvvəlcə Filipidə əziyyət çəkmiş, təhqir olunmuşduq. Amma böyük ziddiyyətlərə baxmayaraq, Allahın Müjdəsini sizə bəyan etmək üçün Allahımızdan cəsarət aldıq. | |
I Th | Northern | 2:3 | Çünki bizim çağırışımız aldatmağa, murdarlığa əsaslanmır və bunun hiyləgərliyə də dəxli yoxdur. | |
I Th | Northern | 2:4 | Əksinə, Allah tərəfindən Müjdəni yaymaq tapşırığını almağa layiq görüldüyümüzə görə insanları deyil, ürəklərimizi sınaqdan keçirən Allahı razı salmaqdan ötrü danışırıq. | |
I Th | Northern | 2:5 | Siz bilirsiniz ki, heç vaxt yanınıza yaltaq sözlərlə yaxud tamahkarlığı gizlədən riyakarlıqla gəlmədik. Allah da buna şahiddir. | |
I Th | Northern | 2:7 | Məsihin həvariləri kimi bunu sizdən tələb edə bilərdik, amma biz sizinlə övladlarını isti qucağına alıb yedirdən ana kimi mülayim rəftar etdik. | |
I Th | Northern | 2:8 | Sizlərə elə könül bağlamışdıq ki, yalnız Allahın Müjdəsini deyil, öz canlarımızı belə, sizə verməyə razı idik. Çünki bizim sevimlilərimiz idiniz. | |
I Th | Northern | 2:9 | Bəli, qardaşlar, bizim əmək və zəhmətimizi xatırlayırsınız: heç birinizə yük olmamaq üçün gecə-gündüz çalışaraq sizə Allahın Müjdəsini vəz etdik. | |
I Th | Northern | 2:10 | Siz imanlılarla necə müqəddəs, saleh və nöqsansız davrandığımıza həm özünüz, həm də Allah şahiddir. | |
I Th | Northern | 2:11 | Bildiyiniz kimi, ata övladları ilə necə rəftar edirsə, biz də hər birinizlə elə rəftar etdik. | |
I Th | Northern | 2:12 | Sizə öyüd verdik, ruhlandırdıq və yalvardıq ki, Öz Padşahlığına və izzətinə çağıran Allaha layiq şəkildə həyat sürəsiniz. | |
I Th | Northern | 2:13 | Biz də dayanmadan Allaha şükür edirik ki, siz bizdən eşitdiyiniz Allah kəlamını qəbul edəndə onu bəşəri söz kimi deyil, həqiqətən, Allahın kəlamı olaraq qəbul etdiniz. Siz imanlılarda fəaliyyət göstərən də bu kəlamdır. | |
I Th | Northern | 2:14 | Çünki qardaşlar, siz Allahın Yəhudeyadakı Məsih İsada olan cəmiyyətlərindən nümunə götürdünüz. Onların Yəhudilərdən çəkdiyi əzabları eynilə siz də öz soydaşlarınızdan çəkdiniz. | |
I Th | Northern | 2:15 | Yəhudilər Rəbb İsanı və peyğəmbərləri öldürdülər, bizi də təqib etdilər. Onlar Allahı narazı salır və bütün insanlara qarşı çıxırlar. | |
I Th | Northern | 2:16 | Çünki başqa millətlər xilas olsunlar deyə biz onlarla danışanda bu Yəhudilər bizə mane olur. Beləcə hər zaman günahlarının üzərinə günah gətirirlər. Axırda Allahın qəzəbinə düçar oldular. | |
I Th | Northern | 2:17 | Bizsə, qardaşlar, qısa bir müddət üçün qəlbən deyil, şəxsən sizdən məhrum olduq, ona görə böyük arzu ilə üzünüzü görməyə daha çox səy göstərdik. | |
I Th | Northern | 2:18 | Biz yanınıza gəlməyi arzu etdik, dəfələrlə mən Paul bunu istədim, amma Şeytan bizə mane oldu. | |
I Th | Northern | 2:19 | Rəbbimiz İsa zühur edəndə ümidimiz, sevincimiz yaxud Onun önündə fəxr tacımız nədir? Siz deyilsinizmi? | |