Site uses cookies to provide basic functionality.

OK
JAMES
1 2 3 4 5
Prev Up Next Toggle notes
Chapter 5
Jame Northern 5:1  İndi isə, ey varlılar, başınıza gələcək kədərli hadisələrə görə fəryad edib ağlayın!
Jame Northern 5:2  Var-dövlətiniz çürüyüb, paltarlarınızı da güvə yeyib.
Jame Northern 5:3  Qızıl-gümüşünüz paslanıb. Onların pası sizə qarşı şahidlik edəcək və ətinizi od kimi yandırıb-yaxacaq. Bu axır zamanda var-dövlət yığmısınız.
Jame Northern 5:4  Bax zəmilərinizi biçən işçilərdən hiyləgərcəsinə gizlətdiyiniz əmək haqqı sizə qarşı haray çəkir. Biçinçilərin fəryadı Ordular Rəbbinin qulaqlarına çatıb!
Jame Northern 5:5  Siz yer üzündə firavan yaşayıb kef çəkmisiniz. Boğazlanma günündə də özünüzü kökəldirsiniz!
Jame Northern 5:6  Sizə müqavimət göstərməyən salehi məhkum edib öldürdünüz.
Jame Northern 5:7  Beləliklə, ey qardaşlar, Rəbbin zühuruna qədər səbirli olun. Görün əkinçi birinci və axırıncı yağış yağanacan səbir edərək torpağın qiymətli məhsulunu gözləyir.
Jame Northern 5:8  Siz də səbirli və ürəkli olun, çünki Rəbbin zühuru yaxındır.
Jame Northern 5:9  Qardaşlar, mühakimə olunmamaq üçün bir-birinizdən gileylənməyin. Budur, Hakim qapı arxasında durur!
Jame Northern 5:10  Qardaşlar, Rəbbin adı ilə danışmış peyğəmbərləri əzablara tab gətirmək və səbir nümunəsi kimi götürün.
Jame Northern 5:11  Budur, biz dözümlü olanları bəxtiyar hesab edirik. Əyyubun dözümü barəsində eşitmisiniz və Rəbbin axırda nə etdiyini də gördünüz, çünki Rəbb çox rəhmli və mərhəmətlidir.
Jame Northern 5:12  Lakin hər şeydən əvvəl, qardaşlarım, nə göyə, nə yerə, nə də başqa bir şeyə and için. Qoy sizdə «bəli»niz bəli, «xeyr»iniz xeyr olsun ki, mühakiməyə düşməyəsiniz.
Jame Northern 5:13  Aranızda əzab çəkən varmı? Qoy dua etsin. Şadlanan varmı? Qoy ilahi oxusun.
Jame Northern 5:14  Aranızda xəstə olan varmı? Qoy imanlılar cəmiyyətinin ağsaqqallarını çağırtdırsın. Onlar da Rəbbin adına onu yağla məsh edərək dua etsinlər.
Jame Northern 5:15  İmanla edilən dua xəstəni sağaldacaq və Rəbb onu ayağa qaldıracaq. Əgər o adam günah edibsə, bağışlanacaq.
Jame Northern 5:16  Beləliklə, günahlarınızı bir-birinizə etiraf edin və bir-biriniz üçün dua edin ki, sağalasınız. Saleh adamın duası çox güclü və təsirlidir.
Jame Northern 5:17  İlyas təbiətcə bizim kimi bir adam idi və o səylə dua etdi ki, yağış olmasın. Üç il altı ay torpağa yağış yağmadı.
Jame Northern 5:18  O yenə də dua etdi və göy yağış yağdırdı, torpaq da barını verdi.
Jame Northern 5:19  Qardaşlarım, əgər aranızdan biri haqq yolundan azar və kimsə onu doğru yola qaytararsa,
Jame Northern 5:20  qoy bilsin ki, günahkarı azdığı yolundan qaytaran onun canını ölümdən xilas edər və bir çox günahın üstünü örtər.