Site uses cookies to provide basic functionality.

OK
JAMES
1 2 3 4 5
Prev Up Next
Chapter 2
Jame Northern 2:1  Qardaşlarım, izzətli Rəbbimiz İsa Məsihə iman edənlər olaraq insanlar arasında tərəfkeşlik etməyin.
Jame Northern 2:2  Məsələn, toplandığınız yerə qızıl üzüklü, gözəl geyinmiş bir adamla eyni vaxtda kasıb, nimdaş paltarlı adam da gələrsə,
Jame Northern 2:3  gözəl geyinmiş adama diqqət yetirib «buyurun, burada əyləşin», kasıba da «sən orada dur» və yaxud «yerdə otur» deyərsinizsə,
Jame Northern 2:4  öz aranızda ayrı-seçkilik edib pis fikirli hakimlər kimi davranmırsınızmı?
Jame Northern 2:5  Ey sevimli qardaşlarım, dinləyin: Allah bu dünyada kasıbları imanda zənginləşmək və Onu sevənlərə vəd etdiyi Padşahlığın varisi olmaq üçün seçmədimi?
Jame Northern 2:6  Sizsə kasıbı hörmətdən saldınız. Məgər sizi sıxışdıran varlılar deyilmi? Sizi məhkəmələrə çəkən onlar deyilmi?
Jame Northern 2:7  Sizin məxsus olduğunuz Şəxsin şərəfli adına küfr edən onlar deyilmi?
Jame Northern 2:8  Əgər siz «qonşunu özün kimi sev» deyən Müqəddəs Yazıya görə Padşahınız Allahın qanununa həqiqətən əməl edirsinizsə, yaxşı edirsiniz.
Jame Northern 2:9  Amma əgər insanlar arasında tərəfkeşlik edirsinizsə, günah etmiş olursunuz və Qanuna əsasən onu pozanlar kimi məhkum olunursunuz.
Jame Northern 2:10  Çünki kim Qanunun hamısına riayət edərək birində büdrəyirsə, o bütün Qanuna qarşı təqsirkar olur.
Jame Northern 2:11  Çünki «zina etmə» deyən, «qətl etmə» də demişdir. Əgər zina etməyib qətl edirsənsə, sən Qanunu pozmuş olursan.
Jame Northern 2:12  Azadlıq qanunu ilə mühakimə olunacaq adamlar kimi danışın və bu cür davranın.
Jame Northern 2:13  Çünki mərhəmət göstərməyən mərhəmətsiz mühakimə olunur. Mərhəmət mühakiməyə qalib gəlir.
Jame Northern 2:14  Qardaşlarım, əgər bir kimsə yaxşı əməlləri olmadığı halda imanının olduğunu bildirirsə, bunun xeyri nədir? Belə iman onu xilas edə bilərmi?
Jame Northern 2:15  Əgər qardaş-bacılardan birinin paltarı və gündəlik yeməyi yoxdursa
Jame Northern 2:16  və sizdən biri ona «arxayın get, isin və qarnını doydur» deyib onların yaşayışı üçün lazım olanları vermirsə, nə faydası var?
Jame Northern 2:17  İman da elədir, əgər yaxşı əməlləri yoxdursa, özü-özlüyündə ölüdür.
Jame Northern 2:18  Lakin kimsə belə deyə bilər: «Sənin imanın var, mənim də əməllərim». Sən imanını mənə əməlsiz göstər, mən də sənə imanımı əməllərimlə göstərəcəyəm.
Jame Northern 2:19  Sən Allahın bir olduğuna inanırsansa, yaxşı edirsən. Cinlər də buna inanır və əsirlər!
Jame Northern 2:20  Ey ağılsız adam, əməlsiz imanın puç olduğuna sübut istəyirsənmi?
Jame Northern 2:21  Atamız İbrahim öz oğlu İshaqı qurbangahda Allaha təqdim edəndə əməllərlə saleh sayılmadımı?
Jame Northern 2:22  Görürsən, iman onun əməlləri ilə birgə fəaliyyətdə idi və iman əməllərlə tamamlanmışdır.
Jame Northern 2:23  Beləliklə, «İbrahim Allaha iman etdi və bu ona salehlik sayıldı» deyən Müqəddəs Yazı belə yerinə yetdi və İbrahim Allahın dostu adlandırıldı.
Jame Northern 2:24  Görürsünüz ki, insan yalnız imanla deyil, əməlləri ilə də saleh sayılır.
Jame Northern 2:25  Eyni tərzdə məgər fahişə Raxav belə, qasidləri qəbul edib başqa yolla geri göndərərək öz əməlləri ilə saleh sayılmadımı?
Jame Northern 2:26  Çünki ruhsuz bədən ölü olduğu kimi əməlsiz iman da ölüdür.