Site uses cookies to provide basic functionality.

OK
JAMES
1 2 3 4 5
Prev Up Next
Chapter 1
Jame Northern 1:1  Allahın və Rəbb İsa Məsihin qulu mən Yaqubdan millətlər arasına səpələnmiş on iki qəbiləyə salam!
Jame Northern 1:2  Ey qardaşlarım, müxtəlif sınaqlarla üzləşəndə bunu böyük bir sevinc hesab edin.
Jame Northern 1:3  Çünki bilirsiniz ki, imanınızın sınaqdan keçməsi dözüm yaradır.
Jame Northern 1:4  Dözüm də öz əməlini kamil etsin ki, siz yetkin və kamil adamlar olasınız, heç bir çatışmazlığınız olmasın.
Jame Northern 1:5  Əgər sizlərdən birinin müdrikliyi çatışmırsa, hər kəsə səxavətlə və məzəmmət etmədən verən Allahdan diləsin və ona veriləcək.
Jame Northern 1:6  Amma qoy heç şübhə etmədən, imanla diləsin. Çünki şübhə edən adam küləyin qaldırdığı və hərəkətə gətirdiyi dəniz dalğasına bənzəyir.
Jame Northern 1:7  Qoy belə adam düşünməsin ki, Rəbdən bir şey alacaq.
Jame Northern 1:9  Qoy həqir qardaş öz ucalığı ilə fəxr etsin,
Jame Northern 1:10  varlı qardaşsa öz həqirliyi ilə fəxr etsin, çünki varlı insan otun çiçəyi kimi solub gedəcək.
Jame Northern 1:11  Günəş çıxır, bərk isti olur və otu qurudur. Otun çiçəyi tökülür və onun zahiri gözəlliyi itir. Varlı adam da beləcə, işləyə-işləyə solacaq.
Jame Northern 1:12  Sınağa dözən adam nə bəxtiyardır! Çünki sınaqdan keçəndən sonra Rəbbin Onu sevənlərə vəd etdiyi həyat tacını alacaq.
Jame Northern 1:13  Sınağa düşəndə qoy heç kim «Allah məni sınağa çəkir» deməsin. Çünki Allah pisliklə sınağa çəkilmir və Özü də heç kimi sınağa çəkmir.
Jame Northern 1:14  Lakin hər kəs öz ehtirası ilə aparılıb yoldan çıxarılaraq sınağa çəkilir.
Jame Northern 1:15  Sonra ehtiras boylu qalıb günah doğurur. Günah da yetişəndə ölüm törədir.
Jame Northern 1:17  hər yaxşı bəxşiş və hər kamil hədiyyə yuxarıdan, Özündə heç bir dəyişiklik ya dönüklük kölgəsi olmayan nurlar Atasından gəlir.
Jame Northern 1:18  O Öz iradəsinə görə həqiqət kəlamı ilə doğulmağımıza səbəb oldu ki, biz Onun yaratdıqlarının bir növ nübarı olaq.
Jame Northern 1:19  Beləliklə, ey sevimli qardaşlarım, qoy hər bir adam eşitməkdə cəld, söz söyləməkdə təmkinli və qəzəblənməkdə də təmkinli olsun.
Jame Northern 1:20  Çünki insanın qəzəbi Allahın salehliyini hasil etmir.
Jame Northern 1:21  Buna görə də hər cür murdarlığı və dolub-daşan pisliyi kənara ataraq ürəyinizə əkilən, canlarınızı xilas etməyə qadir olan kəlamı həlimliklə qəbul edin.
Jame Northern 1:22  Bu kəlamın icraçısı olun, yalnız eşidənlər olub özünüzü aldatmayın.
Jame Northern 1:23  Çünki kəlamı eşidən, amma icraçısı olmayan şəxs güzgüdə öz üzünün cizgilərinə baxan adama bənzəyir:
Jame Northern 1:24  O öz-özünə baxır, kənara çəkilir və dərhal necə olduğunu unudur.
Jame Northern 1:25  Lakin kamil qanuna, azadlıq qanununa diqqətlə baxıb ona bağlı qalan şəxs unutqan eşidən deyil, əməldə icraçıdır; belə adam öz işində nə bəxtiyardır!
Jame Northern 1:26  Əgər sizdən biri özünün mömin olduğunu düşünür, amma ürəyini aldadıb öz dilini yüyənləmirsə, onun möminliyi puçdur.
Jame Northern 1:27  Ata Allahın hüzurunda pak və nöqsansız möminlik budur: yetimlərə və dullara onların əziyyətlərində qayğı göstərmək və özünü dünyadan qoruyub ləkəsiz olmaq.