SONG OF SOLOMON
Chapter 2
Song | Northern | 2:3 | Mənim sevgilim oğlanlar arasındadır, Meşədəki ağaclar arasında alma ağacına oxşayır. Kölgəsində oturmaqdan zövq alıram, Meyvəsinin dadı damağımdan getmir. | |
Song | Northern | 2:7 | Ey Yerusəlimdəki qızlar, sizi and verirəm Dişi ceyranlara, çöldəki marallara! Bizi bu sevgidən oyatmayın, ayıltmayın, Qoy könül istəyənəcən qalsın. | |
Song | Northern | 2:9 | Sevgilim ahuya, maral balasına oxşayır, Budur, hasarımızın o tayında dayanır, Pəncərələrdən boylanır, barmaqlıqlardan baxır. | |
Song | Northern | 2:12 | Hər yanda güllər bitib, Nəğmə oxumağın zamanı yetib, Qumrunun səsi torpağı bürüyüb. | |
Song | Northern | 2:13 | Əncir yaşıl bar gətirib, Üzüm çiçəklənib ətrini saçır. Dur gəl, yarım, gözəlim!» Oğlan: | |
Song | Northern | 2:14 | Ey gözəl göyərçinim, Sanki sal qayalarda, sıldırımlarda gizlənmisən. Qoy üzünü görüm, səsini eşidim, Çünki şirin səsli, gözəl surətlisən. | |
Song | Northern | 2:15 | Tülküləri, kiçik tülküləri tutun, Üzümlükləri korlamağa qoymayın, Çünki bağlarımız çiçəklənib. Qız: | |