Site uses cookies to provide basic functionality.

OK
SONG OF SOLOMON
1 2 3 4 5 6 7 8
Prev Up Next Toggle notes
Chapter 4
Song Northern 4:1  Ey yarım, nə gözəlsən, nə gözəlsən, Yaşmaq altda gözlərin göyərçinə oxşayır, Saçların Gilead dağının yamaclarından Tökülən keçi sürüsü tək qapqaradır.
Song Northern 4:2  Dişlərin qırxılmış, yenicə yuyunub çıxan qoyun sürüsü tək düzülüb, Bu qoyunların hamısının əkiz balası var, Aralarında balasız olanı yoxdur.
Song Northern 4:3  Dodaqların qırmızı qaytan kimi aldır, Dilin nə qədər şirindir, Kəsilmiş nar kimi yaşmaqladığın yanaqlarından qan damır.
Song Northern 4:4  Boynun sursat üçün tikilmiş Davud qülləsi kimi vüqarlıdır, Sanki buradan pəhləvan qalxanı olan min sipər asılmışdır.
Song Northern 4:5  Döşlərin cüt ceyran balası kimi qoşadır, Zanbaqlıqda otlayan əkiz maral balasına oxşayır.
Song Northern 4:6  Gün sərinləşənəcən, kölgələr düşənəcən, Mirra dağına, kündür təpəsinə gedəcəyəm.
Song Northern 4:7  Təpədən dırnağa qədər gözəlsən, Yarım, tamamilə eyibsizsən.
Song Northern 4:8  Ay gəlin, Livan bölgəsindən mənimlə gəl, Gəl, Livandan mənimlə gəl. Amana təpəsindən, Senir, Xermon təpələrindən, dağlardan, Aslanlar yurdundan, dağlardan, bəbirlər məskənindən en.
Song Northern 4:9  Ay həmdəmim, ay gəlin! Bir baxışınla qəlbimi aldın. Ləl-cəvahiratı boynuna saldın, Gözəlliyinlə qəlbimi aldın.
Song Northern 4:10  Ay həmdəmim, ay gəlin! Sevgin necə gözəldir, Eşqin şərabdan da ləzzətlidir, Sənin ətrin ətirlərin ən gözəlidir.
Song Northern 4:11  Ay gəlin, dodaqlarından şanı balı axır, Bal və süd sənin dilinin altındadır. Paltarlarından Livanın ətri gəlir.
Song Northern 4:12  Ay həmdəmim, ay gəlin! Bir qapısı bağlı bağçasan, Örtülü bir bulaq, möhürlənmiş bulaqsan.
Song Northern 4:13  Sənin fidanların nar bağçasına oxşayır, Elə bil cənnətdir, orada seçmə meyvələr, Xına və nard çiçəkləri var.
Song Northern 4:14  Nard çiçəyi və zəfəran, Ətirli qamışla darçınlar, Hər cür buxur ağacı, Mirralar və əzvaylar, Hər cür seçmə ətriyyat var.
Song Northern 4:15  Sən bağçaların bulağısan, Canlı su qaynağısan, Livanın axar suyusan. Qız:
Song Northern 4:16  Oyan, ey şimal küləyi, Dur gəl, ey cənub küləyi, Gəlin mənim bağçamda əsin, Qoy o, ətrini hər yana versin. Sevgilim öz bağçasına gəlsin, Seçmə meyvələrdən yesin.