Site uses cookies to provide basic functionality.

OK
COLOSSIANS
1 2 3 4
Prev Up Next Toggle notes
Chapter 4
Colo Northern 4:1  Ey ağalar, bilin ki, göydə sizin də Ağanız var. Ona görə qullarınızla ədalətli və insaflı olun.
Colo Northern 4:2  Özünüzü duaya həsr edin və duada şükür edərək oyaq durun.
Colo Northern 4:3  Eyni zamanda bizim üçün də dua edin ki, kəlamı yaymaq üçün Allah bizə bir qapı açsın və uğrunda həbs olunduğum Məsihin sirrini elan edim.
Colo Northern 4:4  Dua edin ki, mən bu sirri lazımınca açıq-aşkar bildirim.
Colo Northern 4:5  Kənar insanlarla müdrikliklə rəftar edin və hər fürsətdən istifadə edin.
Colo Northern 4:6  Sözünüz duzlu və hər zaman lütflə dolu olsun. Beləcə hər adama necə cavab vermək lazım olduğunu biləsiniz.
Colo Northern 4:7  Rəbdə sevimli qardaş, sadiq xidmətçi və əməkdaş olan Tixik mənim barəmdə hər şeyi sizə bildirəcək.
Colo Northern 4:8  Onu bu məqsədlə yanınıza göndərdim ki, bizim vəziyyətimizdən xəbərdar olasınız və o sizin qəlbinizi ovutsun.
Colo Northern 4:9  Onunla birlikdə sizlərdən biri olan sadiq və sevimli Onisim qardaşı da göndərirəm. Onlar sizə buradakı bütün işlər barədə məlumat verəcək.
Colo Northern 4:10  Mənimlə birlikdə məhbus olan Aristarx və Barnabanın əmisi oğlu Mark da sizə salam göndərir. Mark haqqında əmrləri almısınız. Yanınıza gəlsə, onu qəbul edin.
Colo Northern 4:11  Yust çağırılan Yeşua da sizə salam göndərir. Sünnətlilərdən yalnız bunlar Allahın Padşahlığı üçün mənim əməkdaşlarımdır və onlar mənə təsəlli verdilər.
Colo Northern 4:12  Məsih İsanın qulu və sizlərdən olan Epafra sizə salam göndərir. Allahın hər iradəsini yerinə yetirərək kamil və tam əminliklə möhkəm dayanasız deyə o sizin üçün hər zaman dualar edərək mübarizə aparır.
Colo Northern 4:13  Onun haqqında şəhadət edirəm ki, sizin üçün, Laodikeyada və Hierapolisdə olanlar üçün çox zəhmət çəkir.
Colo Northern 4:14  Sevimli həkim Luka və Dima da sizə salam göndərir.
Colo Northern 4:15  Laodikeyada olan bacı-qardaşlara, Nimfaya və onun evindəki cəmiyyətə salam söyləyin.
Colo Northern 4:16  Bu məktub aranızda oxunduqdan sonra onu Laodikeyalılar cəmiyyətində də oxudun, Laodikeyadan gələn məktubu isə siz də oxuyun.
Colo Northern 4:17  Arxipə bunu deyin: «Rəbdə sənə tapşırılan xidməti diqqətlə başa çatdır».
Colo Northern 4:18  Mən Paul bu salamı öz əlimlə yazıram. Unutmayın ki, mən həbsdəyəm. Sizə lütf olsun!