Site uses cookies to provide basic functionality.

OK
COLOSSIANS
1 2 3 4
Prev Up Next
Chapter 2
Colo Northern 2:1  İstəyirəm ki, həm siz, həm Laodikeyada olanlar, həm də mənim üzümü görməyənlərin hamısı üçün nə qədər böyük mübarizə apardığımı biləsiniz.
Colo Northern 2:2  Ürəklərinin cəsarət tapıb məhəbbətdə birləşməsini istəyirəm; belə ki idrakın verdiyi kamil etimadın bütün zənginliyinə nail olsunlar, Allahın sirri olan Məsihi dərk etsinlər.
Colo Northern 2:3  Çünki hikmət və biliyin bütün xəzinələri Məsihdə gizlədilmişdir.
Colo Northern 2:4  Bunu mən ona görə deyirəm ki, kimsə sizi dilə tutub aldatmasın.
Colo Northern 2:5  Çünki cismən uzaqda olsam da, ruhən sizinləyəm. İntizamınızı və Məsihə olan imanınızın möhkəmliyini görüb sevinirəm.
Colo Northern 2:6  Buna görə Rəbb Məsih İsanı qəbul etdiyiniz kimi Onda həyat sürün.
Colo Northern 2:7  Şükürlərlə dolub-daşaraq Onda kök salıb inkişaf edin və öyrəndiyiniz kimi imanda möhkəmlənin.
Colo Northern 2:8  Baxın, Məsihə deyil, insan adət-ənənəsinə, dünyanın ibtidai təlimlərinə istinad edərək fəlsəfə və boş aldadıcı sözlərlə kimsə sizi əsir etməsin.
Colo Northern 2:9  Çünki Allahın tam bütövlüyü bədəncə Məsihdə yaşayır.
Colo Northern 2:10  Siz də Onda tamamlanmısınız. O hər başçının və hakimin Başıdır.
Colo Northern 2:11  Həmçinin siz Məsihdə insan əli ilə deyil, Onun təmin etdiyi sünnətlə cismani təbiətdən ayrılaraq sünnət olundunuz.
Colo Northern 2:12  Vəftizdə Onunla birlikdə dəfn edildiniz və Onu ölülər arasından dirildən Allahın gücünə olan iman vasitəsilə Onunla birlikdə dirildiniz.
Colo Northern 2:13  Siz təqsirləriniz və cismani sünnətsizliyiniz üzündən ölü ikən Allah sizə Məsihlə birgə həyat verdi və bütün təqsirlərimizi bağışlayıb
Colo Northern 2:14  tələbləri ilə əleyhimizə və zərərimizə olan borc sənədini ləğv etdi, onu çarmıxa mıxlayaraq qarşımızdan götürdü.
Colo Northern 2:15  Allah başçıları və hakimləri tərk-silah edib, onlara çarmıxda qələbə çalaraq aləmdə rüsvay etdi.
Colo Northern 2:16  Buna görə qoy heç kim yemək-içmək üzündən yaxud bayram, Təzə Ay mərasimi ya Şənbə gününə görə sizi mühakimə etməsin.
Colo Northern 2:17  Çünki bunlar gələcək şeylərin kölgəsidir, əsli isə Məsihdədir.
Colo Northern 2:18  Qoy heç kim sizdən mütilik və mələklərə səcdə tələb edərək sizi mükafatınızdan məhrum etməsin. Belə bir şəxs gördüyü görüntülərə güvənir və boş yerə öz cismani ağlı ilə lovğalanır.
Colo Northern 2:19  O, bədənin Başı olan Məsih ilə əlaqəni itirdi. Bütün bədən buğumlar və bağlarla üzvi surətdə Məsihə bağlanaraq təmin olunur, qurulur və Allah bəslədiyinə görə böyüyür.
Colo Northern 2:20  Məsihlə birgə ölüb dünyanın ibtidai təlimlərindən qurtulduğunuz halda nə üçün dünyadakılar kimi yaşayaraq
Colo Northern 2:21  «buna əl vurma, bunu yemə, buna toxunma» kimi əmrlərə əməl edirsiniz?
Colo Northern 2:22  Bunların hamısı istifadə olunduqca məhv olub gedən şeylərlə əlaqədar olur, çünki insanların verdiyi əmrlərə və təlimlərə əsaslanır.
Colo Northern 2:23  Şübhəsiz, bu qaydalar uydurma dindarlıq, mütilik və bədənə xətər yetirməkdə zahirən müdrik görünür, amma cismani təbiətin həvəsinin qarşısını almaq üçün onların heç bir dəyəri yoxdur.