Site uses cookies to provide basic functionality.

OK
HEBREWS
1 2 3 4 5 6 7 8 9 10 11 12 13
Prev Up Next
Chapter 2
Hebr Northern 2:1  Buna görə də biz eşitdiklərimizə daha da diqqətli olmalıyıq ki, axın bizi aparmasın.
Hebr Northern 2:2  Çünki mələklər vasitəsilə bəyan edilən söz qüvvəyə mindi, hər cür təqsir və itaətsizliyə haqlı cəza verildisə,
Hebr Northern 2:3  bu cür böyük xilasa məhəl qoymasaq, biz necə qurtula bilərik? Bu xilas əvvəlcə Rəbb tərəfindən bildirildi və Onu eşidənlər tərəfindən bizə təsdiq olundu.
Hebr Northern 2:4  Allah da əlamət, xariqələr, müxtəlif möcüzələr və Öz iradəsinə uyğun olaraq payladığı Müqəddəs Ruhun ənamları ilə şəhadət etdi.
Hebr Northern 2:5  Barəsində danışdığımız gələcək dünyanı Allah mələklərə tabe etmədi.
Hebr Northern 2:6  Lakin kimsə bir yerdə belə şəhadət etdi: «İnsan kimdir ki, onun haqqında düşünürsən? Bəşər oğlu kimdir ki, onun qayğısını çəkirsən?
Hebr Northern 2:7  Onu mələklərdən az müddət ərzində aşağı tutdun, İzzət və əzəmət tacını onun başına qoydun.
Hebr Northern 2:8  Hər şeyi onun ayağının altına qoyub tabe etdin». Allah hər şeyi insana tabe etdiyinə görə ona tabe olmamış heç nə qoymadı. Lakin indi biz hər şeyin ona tabe olduğunu hələ görmürük.
Hebr Northern 2:9  Amma Allahın lütfü ilə hər kəsin uğrunda ölmək üçün mələklərdən az müddət ərzində aşağı tutulmuş Şəxsi, yəni İsanı görürük. Çəkdiyi ölüm əzabına görə Onun başına izzət və əzəmət tacı qoyuldu.
Hebr Northern 2:10  Hər şey Allah üçün və Allah vasitəsilə mövcuddur. Bir çox övladı izzətə çatdırmaq üçün onların xilasının Banisini əzablar vasitəsilə kamil etməsi Allaha münasib idi.
Hebr Northern 2:11  Çünki təqdis edən Şəxsin və təqdis olunanların hamısının Atası eynidir. Bu səbəbdən İsa onları qardaş çağırmaqdan utanmayıb deyir:
Hebr Northern 2:12  «İsmini qardaşlarıma elan edəcəyəm, Toplantı arasında Sənə həmd söyləyəcəyəm».
Hebr Northern 2:13  Yenə də deyir: «Mən Ona güvənəcəyəm» və yenə «Budur, Mən və Allahın Mənə verdiyi övladlar».
Hebr Northern 2:14  Bu səbəbdən bu övladlar tərkibcə qan və ətdən yarandıqlarına görə İsa Özü də onların insan təbiətinə şərik oldu ki, ölüm üzərində hakimiyyət sahibi olanı, yəni iblisi Öz ölümü vasitəsilə təsirsiz hala gətirsin
Hebr Northern 2:15  və ölüm qorxusuna görə ömürləri boyu əsarətdə olanların hamısını azad etsin.
Hebr Northern 2:16  Şübhəsiz, O, mələklərə deyil, İbrahim nəslinə yardım edər.
Hebr Northern 2:17  Buna görə də O hər cəhətdən qardaşlarına bənzər olmalı idi; belə ki Allaha xidmətində mərhəmətli və sadiq Baş Kahin olub xalqının günahları üçün kəffarə edə bilsin.
Hebr Northern 2:18  Çünki Özü sınağa çəkilib əzab çəkdiyi üçün sınağa çəkilənlərə kömək edə bilər.