II CHRONICLES
Chapter 28
II C | Northern | 28:1 | Axaz padşah olduğu vaxt iyirmi yaşında idi və Yerusəlimdə on altı il padşahlıq etdi. O, babası Davuddan fərqli olaraq Rəbbin gözündə doğru olan işlər etmədi. | |
II C | Northern | 28:2 | Axaz İsrail padşahlarının yolları ilə getdi, həm də Baallar üçün tökmə bütlər düzəltdi. | |
II C | Northern | 28:3 | Ben-Hinnom dərəsində buxur yandırdı və Rəbbin İsrail övladları önündən qovduğu millətlərin iyrənc əməllərini edərək oğullarını odda yandırdı. | |
II C | Northern | 28:4 | O, səcdəgahlarda, təpələr üzərində və hər kölgəli ağac altında qurban gətirər və buxur yandırardı. | |
II C | Northern | 28:5 | Bundan ötrü Allahı Rəbb onu Aram padşahına təslim etdi. Aramlılar onu məğlub edib çoxlu əsir götürdülər və onları Dəməşqə gətirdilər. Özü də İsrail padşahına təslim edildi. O da onu böyük tələfatla məğlub etdi. | |
II C | Northern | 28:6 | Remalya oğlu Peqah Yəhudada yüz iyirmi min adamı bir gündə öldürdü, hamısı igid adam idi. Çünki onlar atalarının Allahı Rəbbi tərk etmişdi. | |
II C | Northern | 28:7 | Efrayimli bir igid olan Zikri padşahın oğlu Maaseyanı və saray rəisi Azriqamı, padşahdan sonra ikinci adam olan Elqananı da öldürdü. | |
II C | Northern | 28:8 | İsraillilər öz qohumlarından qadınlar, oğullar, qızlar, iki yüz min nəfər əsir götürdü, həm də onlardan çoxlu qənimət götürüb Samariyaya apardılar. | |
II C | Northern | 28:9 | Ancaq orada Rəbbin bir peyğəmbəri vardı, adı Oded idi. O, Samariyaya gələn ordunun qarşısına çıxdı və onlara dedi: «Budur, atalarınızın Allahı Rəbb Yəhudaya qarşı qəzəbləndiyi üçün onları sizə təslim etdi, siz də göylərə çatan qəzəblə onları öldürdünüz. | |
II C | Northern | 28:10 | İndi Yəhuda və Yerusəlim xalqını kölə və cariyə olaraq özünüzə tabe etmək istəyirsiniz. Ancaq sizin də Allahınız Rəbbə qarşı təqsiriniz yoxdurmu? | |
II C | Northern | 28:11 | İndi mənə qulaq asın! Qohumlarınızdan aldığınız əsirləri geri göndərin, çünki Rəbbin qızğın qəzəbi üzərinizdədir». | |
II C | Northern | 28:12 | Efrayimlilərin başçılarından olan Yehoxanan oğlu Azarya, Meşillemot oğlu Berekya, Şallum oğlu Yexizqiya və Xadlay oğlu Amasa döyüşdən gələnlərə qarşı qalxıb dedi: | |
II C | Northern | 28:13 | «Əsirləri buraya gətirməyin, çünki etmək istədiyiniz şey Rəbbə qarşı üzərimizə təqsir gətirməklə günahlarımızı və təqsirlərimizi artıracaq. Onsuz da təqsirimiz çoxdur və İsrail üzərinə qızğın qəzəb var». | |
II C | Northern | 28:14 | Silahlı əsgərlər əsirləri və qəniməti rəislərin və bütün camaatın önünə qoydular. | |
II C | Northern | 28:15 | Adları çəkilən adamlar qalxdı və əsirləri götürüb onlardan çılpaq olanların hamısını qənimətdən götürülmüş paltar və çarıqla geyindirdilər. Onları yedirib-içirdilər və onlara yağ sürtdülər, zəif olanların hamısını eşşəklərə mindirdilər və onları xurma ağacları şəhəri Yerixoya – qohumlarının yanına apardılar və sonra Samariyaya qayıtdılar. | |
II C | Northern | 28:18 | Filiştlilər də yamaclı-düzənlikli bölgədə və Yəhudanın cənubunda olan şəhərlərə basqın etdilər. Bet-Şemeşi, Ayyalonu, Gederotu və Soko ilə qəsəbələrini, Timna ilə qəsəbələrini və Gimzo ilə qəsəbələrini almışdılar və orada yaşayırdılar. | |
II C | Northern | 28:19 | Beləcə İsrail padşahı Axazın üzündən Rəbb Yəhudanı alçaltmışdı, çünki o, Yəhudada azğınlıq edib Rəbbə qarşı çox xainlik etmişdi. | |
II C | Northern | 28:20 | Aşşur padşahı Tiqlat-Pileser onun üstünə gəlib kömək etmək əvəzinə onu sıxışdırdı. | |
II C | Northern | 28:21 | Axaz Rəbbin məbədindən, saraydan və rəislərin evlərindən pay toplayıb onu Aşşur padşahına vermişdi. Ancaq bu ona kömək etmədi. | |
II C | Northern | 28:23 | Onu məğlub edən Dəməşqlilərin bütlərinə qurban kəsdi və dedi: «Madam ki Aram padşahlarının allahları onlara kömək etdilər, mən də onlara qurban kəsəcəyəm ki, mənə də kömək etsinlər». Ancaq bunlar onun və bütün İsrailin büdrəməsinə səbəb oldu. | |
II C | Northern | 28:24 | Axaz Allahın məbədinin əşyalarını yığıb parçaladı və Rəbbin məbədinin qapılarını bağladı. Yerusəlimin hər küncündə özü üçün qurbangahlar, | |
II C | Northern | 28:25 | Yəhudanın hər şəhərində başqa allahlara buxur yandırmaq üçün səcdəgahlar düzəltdi. Beləcə atalarının Allahı Rəbbi qəzəbləndirdi. | |
II C | Northern | 28:26 | Onun qalan işləri və bütün əməlləri, ilk işlərindən son işlərinə qədər Yəhuda və İsrail padşahlarının kitabında yazılmışdır. | |