Site uses cookies to provide basic functionality.

OK
II CORINTHIANS
1 2 3 4 5 6 7 8 9 10 11 12 13
Prev Up Next Toggle notes
Chapter 5
II C Northern 5:1  Bilirik ki, sığındığımız bu dünyəvi çadır dağılarsa, göylərdə Allahın bizə verdiyi binamız, əllə tikilməyən əbədi bir evimiz var.
II C Northern 5:2  İndi isə səmavi məskənimiz üstümüzü örtsün deyə həsrət çəkərək inləyirik.
II C Northern 5:4  Bu dünyəvi çadırda ikən hamımız ağır yük altında inləyirik. Çünki soyunmamızı deyil, üstümüzün örtülməsini istəyirik ki, həyat fani şeyləri yeyib-udsun.
II C Northern 5:5  Bizi məhz bunun üçün hazırlaşdıran Allahdır. O, Ruhunu bizə girov verdi.
II C Northern 5:6  Buna görə həmişə arxayınlığımız var, həm də bilirik ki, bu bədəndə məskunlaşdıqca Rəbdən uzağıq.
II C Northern 5:7  Gözlə görünənə deyil, imana görə həyat sürürük.
II C Northern 5:8  Əlbəttə, arxayınlığımız var və bu bədəndən uzaqlaşıb Rəbbimizin yanında məskunlaşmağı üstün tuturuq.
II C Northern 5:9  Buna görə bədəndə məskun və yaxud bədəndən uzaq olmağımıza baxmayaraq, məqsədimiz Rəbbi razı salmaqdır.
II C Northern 5:10  Çünki hər birimiz bu bədəndə olanda etdiyimiz əməllər pis də olsa, yaxşı da olsa, onların əvəzini almaq üçün Məsihin hökm kürsüsü önünə çıxmalıyıq.
II C Northern 5:11  Demək, Rəbdən qorxmanın nə olduğunu anladığımız üçün insanları inandırmağa çalışırıq. Allaha bizim kim olduğumuz aşkardır və ümidvaram ki, sizin vicdanınıza da aşkardır.
II C Northern 5:12  Sizə özümüz barədə yenə zəmanət vermək istəmirik, amma ürəkləri ilə deyil, zahiri görünüşləri ilə öyünənlərə cavab verə biləsiniz deyə bizimlə fəxr etməniz üçün sizə imkan yaradırıq.
II C Northern 5:13  Əgər ağlımızı itirmişiksə, bu, Allah üçündür, yox, əgər ağlımız başımızdadırsa, bu sizin üçündür.
II C Northern 5:14  Bizi məcbur edən Məsihin məhəbbətidir və bu qənaətə gəlmişik ki, bir Nəfər hamı üçün öldüyünə görə hamı öldü.
II C Northern 5:15  Bəli, O hər kəs uğrunda öldü ki, qoy yaşayanlar artıq özləri üçün deyil, onlar uğrunda Ölüb-Dirilən üçün yaşasınlar.
II C Northern 5:16  Bunun nəticəsində də biz artıq heç kimi bəşəri nöqteyi-nəzərdən tanımırıq. Nə vaxtsa Məsihi bəşəri nöqteyi-nəzərdən tanısaq da, indi Onu elə tanımırıq.
II C Northern 5:17  Deməli, kim Məsihdədirsə, yeni yaradılışdır, köhnə şeylər keçib-getdi, təzə şeylər gəldi.
II C Northern 5:18  Bunların hamısı Allahdandır. O, Məsih vasitəsilə bizi Özü ilə barışdırdı və bizə barışdırma xidmətini verdi.
II C Northern 5:19  Belə ki Allah insanların təqsirlərini onların əleyhinə qoymayaraq dünyanı Məsihdə Özü ilə barışdırmaqda idi. Barışdırma sözünü də bizə əmanət etdi.
II C Northern 5:20  Beləliklə, biz Məsihin nümayəndələriyik, sanki Allah bizim vasitəmizlə rica edir. Məsihin adı ilə yalvarırıq ki, Allahla barışın.
II C Northern 5:21  Günahla əlaqəsi olmayan Məsihi Allah bizim uğrumuzda günah qurbanı verdi ki, biz Onda Allahın salehliyinə nail olaq.