Site uses cookies to provide basic functionality.

OK
II CORINTHIANS
1 2 3 4 5 6 7 8 9 10 11 12 13
Prev Up Next Toggle notes
Chapter 11
II C Northern 11:1  Ümidvaram ki, mənim bir qədər ağılsızlığıma da dözəcəksiniz. Bəli, mənə bir qədər dözün.
II C Northern 11:2  Sizə görə ilahi bir qısqanclıq hiss edirəm. Çünki sizlər sanki bakirə qızsınız və sizi bir Oğlana, yəni Məsihə nişanlayıb təqdim etmişəm.
II C Northern 11:3  Amma qorxuram ki, ilanın hiyləgərliyi ilə Həvvanı aldatması kimi düşüncələrinizin pozulub Məsihə olan səmimi və pak həsr olunmasından azasınız.
II C Northern 11:4  Çünki əgər kimsə yanınıza gəlib bizim vəz etdiyimiz İsadan başqa bir İsanı təbliğ edirsə, aldığınızdan fərqli bir ruh alırsınızsa və yaxud qəbul etdiyinizdən fərqli bir müjdəni qəbul edirsinizsə, siz buna necə də məmnuniyyətlə dözürsünüz.
II C Northern 11:5  Zənnimcə bu «böyük həvarilər»dən mən heç də geri qalmıram.
II C Northern 11:6  Natiqlik məharətim olmasa da, bilikdə məharətsiz deyiləm. Bunu sizə hər vəziyyətdə hər tərəfli göstərdik.
II C Northern 11:7  Ucalmanız üçün özümü aşağı tutaraq Allah Müjdəsini müftə yaymaqla günah işlətdimmi?
II C Northern 11:8  Sizə xidmət etmək üçün başqa cəmiyyətlərdən təminat alaraq sanki onları soydum.
II C Northern 11:9  Yanınızda olarkən ehtiyacım olduğu halda heç birinizə yük olmadım. Çünki Makedoniyadan gələn qardaşlar ehtiyacımı tamamilə ödədilər. Sizə yük olmaqdan özümü saxladım və gələcəkdə də özümü saxlayacağam.
II C Northern 11:10  Məndə olan Məsihin həqiqətinə and olsun! Axayya vilayətində heç kim məni susdura bilməz ki, buna öyünməyim.
II C Northern 11:11  Niyə? Sizi sevmədiyimə görəmi? Allah bilir ki, sevirəm.
II C Northern 11:12  Özlərini bizimlə bərabər sayaraq öyünənlər buna əsas axtarır. Mən etdiyimi edəcəyəm ki, onların əsasını kəsim.
II C Northern 11:13  Çünki bunlar saxta həvari, Məsih həvarisinin cildinə girən fırıldaqçılardır.
II C Northern 11:14  Buna heyrətlənmək lazım deyil, çünki Şeytan da işıq mələyi cildinə girir.
II C Northern 11:15  Şeytana xidmət edənlərin salehlik xidmətçilərinin cildinə girməsi qəribə deyil. Onların aqibəti əməllərinə görə olacaq.
II C Northern 11:16  Yenə deyirəm, qoy heç kim məni ağılsız saymasın. Elədirsə, məni ağılsız kimi qəbul edin, qoy mən də bir az öyünüm.
II C Northern 11:17  Dediklərimi Rəbbin sözü kimi yox, öyünə-öyünə özünə güvənən ağılsız adam kimi deyirəm.
II C Northern 11:18  Madam ki bir çoxları cismani təbiətlərinə görə öyünürlər, mən də öyünəcəyəm.
II C Northern 11:19  Siz ağıllı olduğunuz üçün ağılsızlara necə də sevinclə dözürsünüz.
II C Northern 11:20  Belə ki sizi kölə edənlərə, istismar edənlərə, sizdən faydalananlara, özünü üstün sayanlara, hətta sifətinizə şillə vuranlara dözürsünüz.
II C Northern 11:21  Utanaraq qəbul edirəm ki, buna gücümüz çatmır! Kimin bir şeylə öyünməyə cəsarəti varsa, bir ağılsız kimi deyirəm ki, mənim də ona cəsarətim var.
II C Northern 11:22  Onlar İbranilərdirmi? Mən də İbraniyəm. Onlar İsraillilərdirmi? Mən də İsrailliyəm. Onlar İbrahimin nəslindəndirmi? Mən də İbrahimin nəslindənəm.
II C Northern 11:23  Onlar Məsihin xidmətçiləridirmi? Dəli kimi deyirəm ki, Onun daha böyük xidmətçisi mənəm, çünki zəhmətim daha çox olub, həbsə düşməyim daha çoxdur, döyülməyimin sayı-hesabı yoxdur, dəfələrlə ölümlə üz-üzə gəlmişəm.
II C Northern 11:24  Beş dəfə Yəhudilərdən otuz doqquz qırmanc yemişəm,
II C Northern 11:25  üç dəfə dəyənəklə döyülmüşəm, bir dəfə məni daşqalaq etdilər, üç dəfə gəmi qəzasına düşdüm və bir gün gecə-gündüz ucsuz-bucaqsız dənizdə qaldım.
II C Northern 11:26  Tez-tez səyahətdə olduğum müddətdə çaylarda təhlükəyə, quldurlar arasında təhlükəyə, soydaşlarım arasında təhlükəyə, başqa millətlər arasında təhlükəyə, şəhərdə təhlükəyə, çöldə təhlükəyə, dənizdə təhlükəyə, saxta qardaşlar arasında təhlükəyə məruz qaldım.
II C Northern 11:27  Zəhmət və əmək çəkdim, dəfələrlə yuxusuz qaldım. Aclığın, susuzluğun dadını gördüm. Çox vaxt yemək, soyuqda paltar tapmadım.
II C Northern 11:28  Bunlarla yanaşı bütün cəmiyyətlər üçün hər gün çəkdiyim qayğının yükü boynumdadır.
II C Northern 11:29  Kimsə zəif olanda mən də zəif olmadımmı? Kimsə büdrəyəndə mən alışıb-yanmadımmı?
II C Northern 11:30  Öyünməliyəmsə, zəifliyimi göstərən şeylərlə öyünəcəyəm.
II C Northern 11:31  Rəbb İsanın əbədi alqışlanan Allah və Atasına and olsun ki, yalan demirəm.
II C Northern 11:32  Dəməşqdə padşah Aretanın valisi məni tutmaq üçün şəhəri nəzarət altına almışdı.
II C Northern 11:33  Amma mən səbət içində şəhər divarlarının pəncərələrinin birindən yerə sallandım və onun əlindən qaçdım.