Site uses cookies to provide basic functionality.

OK
II THESSALONIANS
1 2 3
Prev Up Next
Chapter 3
II T Northern 3:1  Nəhayət, qardaşlar, bizim üçün dua edin ki, Rəbbin kəlamı aranızda olduğu kimi sürətlə yayılıb izzət qazansın,
II T Northern 3:2  pis və şər adamlardan xilas olaq. Çünki iman hamıya məxsus deyil.
II T Northern 3:3  Amma Rəbb etibarlıdır. O sizi möhkəmləndirib şər olandan qoruyacaq.
II T Northern 3:4  Biz də Rəbbə güvənərək sizdən arxayınıq ki, verdiyimiz əmrlərə əməl edirsiniz və edəcəksiniz.
II T Northern 3:5  Qoy Rəbb ürəklərinizi Allahın məhəbbətinə və Məsihin dözümünə yönəltsin.
II T Northern 3:6  Ey qardaşlar, Rəbbimiz İsa Məsihin adı ilə sizə əmr veririk ki, bizdən qəbul etdiyi təlimə görə yaşamayan, avara həyat sürən hər bir bacı-qardaşdan uzaqlaşın.
II T Northern 3:7  Bizlərdən necə nümunə götürmək lazım olduğunu özünüz də bilirsiniz. Çünki yanınızda olarkən avara dolanmadıq,
II T Northern 3:8  heç kimin çörəyini müftə yemədik. Əksinə, gecə-gündüz əmək və zəhmət çəkərək işlədik ki, heç birinizə yük olmayaq.
II T Northern 3:9  Bunu ixtiyarımız çatmadığına görə deyil, sizə nümunəvi yol göstərərək bu yolla getməyiniz üçün etdik.
II T Northern 3:10  Hətta biz sizinlə olarkən sizə bu əmri verdik: kim işləmək istəmirsə, yemək də yeməsin.
II T Northern 3:11  Eşitmişik ki, sizlərdən bəzisi avara həyat sürür; heç bir iş görmədikləri halda hər şeyə qarışırlar.
II T Northern 3:12  Belələrinə Rəbb İsa Məsih naminə əmr verib xəbərdarlıq edirik ki, sakitcə işləyib öz çörəklərini yesinlər.
II T Northern 3:13  Sizsə, qardaşlar, yaxşılıq etməkdən yorulmayın.
II T Northern 3:14  Əgər kimsə bu məktubdakı sözlərimizə qulaq asmaq istəməzsə, onu nəzərdə saxlayın və onunla əlaqəni kəsin ki, utansın.
II T Northern 3:15  Yenə də onu düşmən sanmayın, bir qardaş kimi ona nəsihət verin.
II T Northern 3:16  Sülh qaynağı olan Rəbbin Özü isə sizə hər zaman və hər vəziyyətdə sülh versin! Rəbb hamınıza yar olsun!
II T Northern 3:17  Mən Paul salamı sizə öz əlimlə yazıram. Bunu hər məktubumda xüsusi bir işarə kimi yazıram.
II T Northern 3:18  Rəbbimiz İsa Məsihin lütfü hamınıza yar olsun!