JOSHUA
Chapter 11
Josh | Northern | 11:1 | Xasor padşahı Yavin bunu eşidəndə Madon padşahı Yovava, Şimron padşahına, Akşaf padşahına, | |
Josh | Northern | 11:2 | şimalda – dağlıq yerlərdəki, Kinneretin cənubunda olan Aravadakı, yamaclı-düzənlikli bölgədəki və qərbdə yerləşən Nafot-Dordakı padşahlara, | |
Josh | Northern | 11:3 | şərqdə və qərbdə yaşayan Kənanlılara və Emorlulara, Xetlilərə, Perizlilərə, dağlıqda yaşayan Yevuslulara, Xermon dağının aşağısındakı Mispa diyarında yaşayan Xivlilərə xəbər göndərdi. | |
Josh | Northern | 11:4 | Bunlar özləri ilə birgə bütün orduları dəniz sahilindəki qum kimi böyük xalq olaraq çoxlu at və döyüş arabaları ilə gəldilər. | |
Josh | Northern | 11:5 | Bütün bu padşahlar birləşdilər və İsraillilərlə vuruşmaq üçün gəlib Merom suları yanında birgə ordugah qurdular. | |
Josh | Northern | 11:6 | Rəbb Yeşuaya dedi: «Onlardan qorxma, çünki sabah bu vaxt hamısını İsraillilərin qarşısında öldürüb təslim edəcəyəm, onların atlarının ayaq vətərini kəsəcəksən, döyüş arabalarına od vurub yandıracaqsan». | |
Josh | Northern | 11:7 | Yeşua və onunla birgə bütün döyüşçülər Merom suları yanında qəflətən düşmənlərin üstünə çıxdılar və onlara hücum etdilər. | |
Josh | Northern | 11:8 | Rəbb onları İsraillilərə təslim edib qırdırdı. İsraillilər böyük Sidona və Misrefot-Mayimə qədər, şərq tərəfdəki Mispa vadisinə qədər düşmənləri qovub heç kim sağ qalmayana qədər hamısını qırdılar. | |
Josh | Northern | 11:9 | Yeşua Rəbbin ona dediyi kimi onlarla rəftar etdi; atlarının ayaq vətərini kəsdi və döyüş arabalarına od vurub yandırdı. | |
Josh | Northern | 11:10 | O vaxt Yeşua geri qayıdıb Xasoru aldı və onun padşahını qılıncla öldürdü. Xasor əvvəlcə bütün bu ölkələrin başı idi. | |
Josh | Northern | 11:11 | Orada olan bütün adamları qılıncdan keçirib tamamilə məhv etdilər, nəfəs çəkən bir nəfər də qalmadı. Sonra Xasora od vurdu. | |
Josh | Northern | 11:12 | Rəbbin qulu Musanın əmr etdiyi kimi Yeşua bu padşahların bütün şəhərlərini və bütün padşahları tutub hamısını qılıncdan keçirərək tamamilə məhv etdi. | |
Josh | Northern | 11:13 | Ancaq Yeşuanın yandırdığı Xasordan başqa təpəciklər üstündə olan şəhərlərdən heç birini İsraillilər yandırmadılar. | |
Josh | Northern | 11:14 | İsrail övladları bu şəhərlərin bütün əmlakını və heyvanlarını qarət etdilər. Hamısını həlak edənədək qılıncdan keçirib məhv etdilər, nəfəsi çəkən bir adam belə, qalmadı. | |
Josh | Northern | 11:15 | Rəbbin qulu Musaya əmr etdiyini Musa da Yeşuaya əmr etdi və Yeşua da belə etdi. Rəbb Musaya nə əmr etmişdisə, hamısını yerinə yetirdi. | |
Josh | Northern | 11:16 | Yeşua Seirə çıxan Xalaq dağından, Xermon dağı altında, Livan vadisindəki Baal-Qada qədər bütün bu diyarı – dağları, | |
Josh | Northern | 11:17 | bütün Negevi, bütün Qoşen diyarını, yamaclı-düzənlikli bölgəni, Aravanı və İsrailin dağlıq və yamaclı-düzənlikli bölgəsini aldı. Onların bütün padşahlarını tutdu və vurub öldürdü. | |
Josh | Northern | 11:19 | Giveonun əhalisi olan Xivlilərdən başqa İsrail övladları ilə sülh bağlayan başqa bir şəhər yox idi. Bütün yerlər döyüşlə alınmışdı. | |
Josh | Northern | 11:20 | Çünki Rəbbin Musaya əmr etdiyi kimi İsraillilər onları rəhm etmədən tamamilə məhv etdilər. Beləliklə, İsraillilərə qarşı döyüşə çıxmağa onların ürəyini sərtləşdirən Rəbbin Özü idi. | |
Josh | Northern | 11:21 | O vaxt Yeşua gedib dağlıq Xevronda, Devirdə, Anavda, bütün Yəhudanın dağlıq bölgəsində və bütün İsrailin dağlıq bölgəsində olan Anaqlıları qırıb məhv etdi. Yeşua onları şəhərləri ilə birgə tamamilə yerlə yeksan etdi. | |
Josh | Northern | 11:22 | İsrail övladlarının torpağında Anaqlılar qalmadı, onlar ancaq Qəzzədə, Qatda və Aşdodda qaldı. | |