Site uses cookies to provide basic functionality.

OK
JOSHUA
Prev Up Next Toggle notes
Chapter 2
Josh Northern 2:1  Nun oğlu Yeşua Şittimdən iki kişini casusluq etməyə gizli göndərib dedi: «Gedin oranın torpağını və Yerixonu gözdən keçirin». Onlar getdilər və Raxav adlı bir fahişənin evinə girib orada qaldılar.
Josh Northern 2:2  Yerixo padşahına «budur, bu gecə torpağımızı gözdən keçirmək üçün İsrail övladlarından buraya adamlar gəldi» deyə bildirildi.
Josh Northern 2:3  Yerixo padşahı Raxava xəbər göndərib dedi: «Sənin yanına gəlib evinə girən adamları çıxart, çünki onlar torpağımızın hər tərəfini gözdən keçirməyə gəliblər».
Josh Northern 2:4  Raxav isə o iki kişini gizlətmişdi. O dedi: «Doğrusu, yanıma adamlar gəlmişdi, amma haradan olduqlarını bilmirdim.
Josh Northern 2:5  Qaranlıq düşəndə, darvaza bağlananda o adamlar çıxdılar. Bilmirəm hara getdilər. Tez dallarınca qaçın ki, onları tuta biləsiniz».
Josh Northern 2:6  Lakin qadın onları dama çıxarıb damda sərdiyi kətan liflərin arasında gizlətmişdi.
Josh Northern 2:7  Padşahın göndərdiyi adamlar casusları təqib etmək üçün İordan çayının keçidinə qədər yol boyu qaçdılar. Təqibçilər bayıra çıxan kimi darvazalar bağlandı.
Josh Northern 2:8  Casuslar yatmazdan əvvəl qadın dama – onların yanına çıxdı.
Josh Northern 2:9  O bu adamlara dedi: «Mən bilirəm ki, Rəbb bu torpağı sizə verib. Siz bizi dəhşətə saldınız və bu torpağın bütün sakinləri sizin qarşınızda əsir.
Josh Northern 2:10  Çünki Misirdən çıxdığınız zaman Rəbb Qırmızı dənizin sularını qarşınızda necə qurutduğunu və İordan çayının o tayında məhv etdiyiniz iki Emor padşahı Sixonla Oqa nə etdiyinizi eşitmişik.
Josh Northern 2:11  Biz bunları eşidəndə ürəyimiz qorxuya düşdü və vahimənizdən heç kimin taqəti qalmadı; çünki Allahınız Rəbb yuxarıda göyün və aşağıda yerin Allahıdır.
Josh Northern 2:12  İndi rica edirəm, Rəbbə and için ki, sizə xeyirxahlıq etdiyim üçün siz də mənə və atamın külfətinə xeyirxahlıq edəcəksiniz. Mənə etibarlı bir nişanə verin ki,
Josh Northern 2:13  atamı, anamı, qardaşlarımı, bacılarımı, onların yanında olan hər kəsi sağ qoyacaqsınız və canımızı ölümdən qurtaracaqsınız».
Josh Northern 2:14  Adamlar isə ona dedilər: «Əgər bu işimizin üstünü açmasanız, canımızı belə, sizə fəda edərik. Rəbb bu torpağı bizə verən vaxt sənə xeyirxahlıq və sədaqət göstərərik».
Josh Northern 2:15  O vaxt qadın onları kəndirlə pəncərədən aşağı endirdi, çünki onun evi şəhərin qala divarında idi və o, divarın içində yaşayırdı.
Josh Northern 2:16  Qadın onlara dedi: «Dağa gedin ki, təqibçilər sizə çatmasınlar, onlar qayıdana qədər üç gün orada gizlənin, sonra yolunuza davam edərsiniz».
Josh Northern 2:17  Bu adamlar da ona dedilər: «Sənin bizə içdirdiyin bu anddan bu yolla günahsız olacağıq.
Josh Northern 2:18  Bu torpağa gəldiyimiz vaxt bizi düşürdüyün pəncərəyə bu al rəngli ipi bağlayarsan. Atanı, ananı, qardaşlarını və atanın bütün qohumlarını yanına – öz evinə toplayarsan.
Josh Northern 2:19  Əgər sənin evinin qapısından kim bayıra çıxarsa, qanı öz başına dönəcək və biz buna günahkar olmayacağıq. Əgər səninlə birgə evində olan bir kimsəyə toxunularsa, qoy onun qanı bizim başımıza dönsün.
Josh Northern 2:20  Ancaq bu işimizin üstünü açmaq istəsən, onda sənin bizə içdirdiyin anddan təqsirimiz olmaz».
Josh Northern 2:21  Raxav dedi: «Necə deyirsiniz, elə də olsun». Sonra onları yola saldı və onlar getdilər. Raxav al rəngli ipi pəncərəyə bağladı.
Josh Northern 2:22  Bu iki adam getdi. Dağa çatıb təqibçilər qayıdana qədər üç gün orada qaldılar. Təqibçilər bütün yol boyu onları axtardılar, ancaq tapmadılar.
Josh Northern 2:23  O iki kişi isə geri dönüb dağdan endi, çayı keçərək Nun oğlu Yeşuanın yanına gəldi və başlarına gələn hər şeyi ona nəql etdi.
Josh Northern 2:24  Onlar Yeşuaya dedilər: «Həqiqətən, Rəbb bütün o torpağı bizə təslim edib, o torpağın bütün sakinləri də qarşımızda qorxu içində əsir».