MICAH
Chapter 7
Mica | Northern | 7:1 | Vay halıma! Mən bir adama bənzəyirəm ki, Yay mövsümündən sonra Meyvəsi tamam yığılmış, Tənəkləri təmizlənmiş, Nə üzüm salxımı, Nə də könlü istəyən bir dənə əncir yeməyə qalıb. | |
Mica | Northern | 7:2 | Ölkədə Allaha sadiq adam qalmadı, İnsanlar arasında doğru adam tükəndi. Hamı qan tökmək üçün pusquda durur, Qardaş qardaşa tələ qurur. | |
Mica | Northern | 7:3 | Pis işlərə əlləri zirək olur, Rəislər, hakimlər rüşvət tələb edir, Dövlətlilər istədiklərini edir, Hamısı hiylə ilə iş görür. | |
Mica | Northern | 7:4 | Bunların ən yaxşısı tikandan dəyərsizdir, Ən salehi də alaq otundan pisdir. Peyğəmbərlərin xəbərdarlıq etdiyi kimi Cəza günü gəldi. İndi siz çaşbaş qalmısınız. | |
Mica | Northern | 7:5 | Qonşunuza inanmayın, Dostunuza bel bağlamayın, Hətta qoynunuzda yatan arvadınızdan belə, Ağzınızı möhkəm saxlayın. | |
Mica | Northern | 7:6 | Çünki oğul atasına xor baxır, Qız anasına, gəlin də qayınanasına qarşı qalxır. İnsanın düşməni öz ev əhli olub. | |
Mica | Northern | 7:7 | Mən isə Rəbbə baxacağam, Məni xilas edən Allahı gözləyəcəyəm. O məni xilas edəcək, Allahım məni eşidəcək. | |
Mica | Northern | 7:8 | Halıma sevinmə, ey düşmənim! Mən yıxılsam da, qalxacağam. Qaranlıqda olsam da, Rəbb mənim nurum olacaq! | |
Mica | Northern | 7:9 | Mənə bəraət qazandırıb Hökmünü icra edənə qədər Rəbbin qəzəbinə dözəcəyəm, Çünki Ona qarşı günah işlətdim. O sonra məni işığa çıxaracaq, Onun salehliyini görəcəyəm. | |
Mica | Northern | 7:10 | Düşmənim bunu görüb xəcalət çəkəcək. O mənə demişdi: «Allahın Rəbb haradadır?» Bu düşmənin məğlubiyyətini görəcəyəm, O, küçələrdə palçıq kimi tapdalanacaq. | |
Mica | Northern | 7:11 | Ey Yerusəlim, divarlarının bərpa günü yaxınlaşır, O gün sərhədlərin genişlənəcək. | |
Mica | Northern | 7:12 | O gün xalqın Aşşurdan, Misir şəhərlərindən, Misirdən Fərat çayına qədər uzanan torpaqlardan, Dənizdən dənizədək, dağdan dağadək, Sənin yanına qayıdacaq. | |
Mica | Northern | 7:14 | Ya Rəbb, mirasın olan sürünü – Öz xalqını çomağınla otar. O, çöldə indi tənha qalır, Ətrafında isə yaxşı otlaq var. Qoy keçmiş günlərdəki kimi Başan və Gileadda otlasınlar. | |
Mica | Northern | 7:16 | Millətlər bunu görəcək, Öz qüvvətlərinə görə utanacaq. Əlləri ilə ağızlarını yumacaq, Qulaqları kar olacaq. | |
Mica | Northern | 7:17 | İlan kimi torpağı yalayacaq, Əsə-əsə yuvalarından sürünənlər kimi çıxacaq. Ey Allahımız Rəbb, onlar Səndən qorxub Dəhşət içində Sənə tərəf dönəcək. | |
Mica | Northern | 7:18 | Sağ qalan xalqının cəzasını aradan götürən, Üsyankarlığını bağışlayan Sənin kimi Allah varmı? Qəzəbini əbədi saxlamazsan, Çünki məhəbbət göstərməyi xoşlayırsan. | |
Mica | Northern | 7:19 | Yenə bizə rəhm edib şər əməllərimizi siləcəksən, Bütün günahlarımızı Dənizin dərinliklərinə atacaqsan. | |