Site uses cookies to provide basic functionality.

OK
ZECHARIAH
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Prev Up Next
Chapter 9
Zech Northern 9:1  Bu xəbərdarlıq Xadrak ölkəsi və onun rahatlıq yeri Dəməşq şəhəri barəsində nazil olan Rəbbin sözüdür, çünki insanların və bütün İsrail qəbilələrinin gözü Rəbbə baxır.
Zech Northern 9:2  Bu söz oranın sərhədində olan Xamat şəhərinə, çox tərəqqi etmiş Sur və Sidon şəhərlərinə də aiddir.
Zech Northern 9:3  Sur özünə bir qala tikdi, torpaq qədər gümüş, küçə palçığı qədər saf qızıl yığdı.
Zech Northern 9:4  Amma Rəbb onu qovacaq, dənizdəki gücünü yox edəcək, od onu yandırıb-yaxacaq.
Zech Northern 9:5  Aşqelon bunu görüb qorxacaq, Qəzzə də çox ağrı çəkəcək, Eqron da eləcə, çünki ümidi sönəcək. Qəzzədə padşah olmayacaq, Aşqelon sakinsiz qalacaq.
Zech Northern 9:6  Aşdodda bic doğulanlar yaşayacaq, Filiştlilərin qürurunu qıracağam.
Zech Northern 9:7  Ağızlarından qanı daman əti, dişlərinin arasından haram yeməkləri alacağam. Onların sağ qalanları Allahımıza məxsus olub Yəhudanın bir nəsli kimi olacaq. Eqronlular da Yevuslular kimi olacaq.
Zech Northern 9:8  Hücum edən ordulara qarşı evimin ətrafında ordugah quracağam. Heç bir istilaçı daha xalqımın üzərinə tökülməyəcək. Çünki artıq xalqıma Mən keşik çəkirəm.
Zech Northern 9:9  Ey Sion qızı, böyük sevinclə coş, Ey Yerusəlim qızı, hayqır! Bax padşahın sənə tərəf gəlir. O ədalətli və xilaskardır. O itaətkardır və bir eşşəyə – Eşşəyin balası olan sıpaya minib gəlir.
Zech Northern 9:10  Döyüş arabalarını Efrayimdən, Atları Yerusəlimdən uzaqlaşdıracağam. Döyüş kamanları qırılacaq. Padşahınız millətlərə sülh elan edəcək. Onun hökmranlığı dənizdən dənizə, Çaydan yer üzünün qurtaracağınadək hər yerə uzanacaq.
Zech Northern 9:11  Sizə gəlincə, əhd qurbanının qanından ötrü Sürgündəki xalqınızı Susuz quyudan çıxarıb xilas edəcəyəm.
Zech Northern 9:12  Qalanıza qayıdın, Ey ümid edən əsirlər! Bu gün sizə bildirirəm ki, Sizə zəhmətinizin ikiqat əvəzini verəcəyəm.
Zech Northern 9:13  Yəhudanı Özüm üçün kaman kimi çəkəcəyəm, Efrayimi ox kimi ona qoyacağam. Ey Sion, övladlarını Yunan övladlarının üstünə qaldıracağam. Səni bir döyüşçü qılıncı tək edəcəyəm.
Zech Northern 9:14  Onda Rəbb xalqının üzərində görünəcək, Onun oxu şimşək kimi çaxacaq. Xudavənd Rəbb şeypur çalacaq, Cənub qasırğaları ilə irəli gedəcək.
Zech Northern 9:15  Onları Ordular Rəbbi qoruyacaq. Düşmənlərini tələf edəcəklər, Sapand daşları ilə qırıb-çatacaqlar. Onların qanını şərab kimi içib hay-küy salacaqlar. Qurban qanı tökülən qablar kimi, Qurbangahın künc-bucaqları kimi Qanla dolu olacaqlar.
Zech Northern 9:16  O gün özlərinin Allahı Rəbb Xalqının sürüsü kimi onları xilas edəcək. Onlar Onun torpağında Tac daş-qaşı kimi parıldayacaq.
Zech Northern 9:17  Necə yaraşıqlı, necə gözəl olacaqlar! Oğlanlar taxılla, Qızlar təzə şərabla gücə gələcək.