Site uses cookies to provide basic functionality.

OK
ECCLESIASTES
1 2 3 4 5 6 7 8 9 10 11 12
Prev Up Next
Chapter 1
Eccl Northern 1:1  Bu, Yerusəlimdə padşahlıq edən Davud oğlu Vaizin sözləridir.
Eccl Northern 1:2  Vaiz deyir: «Hər şey puçdur, puçdur, tamam puçdur!
Eccl Northern 1:3  İnsanın səma altında çəkdiyi Bütün zəhmətlərinin nə faydası var?
Eccl Northern 1:4  Bir nəsil gedir, o biri nəsil gəlir, Amma dünya daim qalır.
Eccl Northern 1:5  Günəş çıxır, günəş batır, Sonra tələsik yerinə dönür ki, Təzədən çıxsın.
Eccl Northern 1:6  Külək cənub səmtinə əsir, Sonra şimal səmtinə dönür. Dönə-dönə gedir, Öz yolunu təkrar edir.
Eccl Northern 1:7  Bütün çaylar dənizə axır, Amma dəniz heç vaxt dolmur. Axdıqları yerə qayıdırlar ki, Təzədən axsınlar.
Eccl Northern 1:8  Hər şey çətin başa gəlir. Sözlər kifayət etmir, Göz görməkdən doymur, Qulaq da eşitməkdən.
Eccl Northern 1:9  Nə olubsa, yenə olacaq, Nə edilibsə, yenə ediləcək. Ona görə də səma altında tamam təzə bir şey yoxdur.
Eccl Northern 1:10  Məgər bir şey var ki, Onun haqqında deyilsin: “Bax bu təzə bir şeydir?” O da çoxdan var imiş – Bizim dövrümüzdən əvvəl.
Eccl Northern 1:11  Əvvəlki şeylərdən heç nə xatırlanmır, Gələcəkdə baş verən şeylərdən də Bundan sonra gələnlər arasında Heç nə xatırlanmayacaq.
Eccl Northern 1:12  Mən Vaiz Yerusəlimdə İsrailin padşahı idim.
Eccl Northern 1:13  Ürəyimdə niyyət etdim ki, göylər altında edilən bütün işləri hikmətlə öyrənib araşdırım. Bu çətin işi üzərində zəhmət çəkmək üçün Allah insanlara verib.
Eccl Northern 1:14  Səma altında edilən bütün işlərə nəzər saldım və bildim ki, onların hamısı puçdur, külək dalınca qaçmağa bənzər.
Eccl Northern 1:15  Əyri olan düz ola bilməz, Əskik olan sayıla bilməz.
Eccl Northern 1:16  Öz-özümə dedim: “Bax mən böyük adam olmuşam və məndən əvvəl Yerusəlimdə yaşayanların hamısından çox hikmət qazanmışam. Ağlımda çoxlu hikmət və bilik var”.
Eccl Northern 1:17  Sonra ürəyimdə niyyət etdim ki, hikmətin nə olduğunu, dəlilik və axmaqlığın nə olduğunu öyrənim. Amma bildim ki, bu da külək dalınca qaçmağa bənzər.
Eccl Northern 1:18  Çünki hikmət çox olduqca Kədər də çoxalır. Bilik artdıqca Dərd də artır.